booked.netbooked.net booked.net  

"Təəssüflər olsun ki, xəstələr mütəmadi olaraq arterial hipertenziyaya qarşı təzyiqsalıcı dərmanlardan istiadə etmirlər".

Bunu TEZADLAR.TV-nin efirində kardioloq, tibb elmləri doktoru, professor, (Abdullayev Cahangir Məmməd oğlu) C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Arterial Hipertenziya" şöbəsinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının ,İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (SeçenovUniversiteti) Bakı filialının “Daxili Xəstəliklər” kafedrasının professoru Tofiq Cahangirov arterial hipertenziyadan  (yüksək qan təzyiqi) əziyyət çəkən xəstələrdən danışarkən bildirib.

“...Xəstələr əsasən, təzyiqsalıcı dərmanı təzyiqləri yüksək olduqda qəbul edirlər,  səhhətində bir qədər yaxşılaşma baş verdikdə  isə dərman qəbulunu dayandırırlar. Bu isə düzgün deyil. Yaddan çıxartmaq lazım deyil ki, təzyiq dərmanları daimi qəbul edilməlidir. Arterial hipertenziya nədir? Avropa tövsiyələrinə əsasən, 140-90 (yaxud bundan yüksək) artıq arterial hipertenziya deməkdir. Amerika tövsiyələrinə əsasən isə 130-90 ( yaxud bundan yüksək) olduqda arterial hipertenziya sayılır. Mən qeyd etmək istəyirəm ki, bir də Kanada təsnifatı var. Orada 120-80 ideal təzyiq sayılır. Şəxsən mən özüm üçün 130-90-ı arterial hipertenziya hesab edirəm. Çünki təzyiq aşağı olduqca ürək-damar sistemi xəstəlikləri də az olur. Ona görə də arterial hipertenziyaya qarşı həkim tərəfindən təyin edilmiş dərman mütəmadi şəkildə qəbul edilməlidir.Lakin bəzi xəstələr təzyiqsalıcı dərmanları ya qonşunun, ya aptekdə verilən tövsiyə əsasında qəbul edirlər. Bu isə düzgün deyil. Biz həkimlər təzyiqə qarşı dərmanları yazdıqda seçim edirik: xəstəyə uyğundurmu, yanaşı xəstəlikləri hansılardı, dərmanı hansı kombinasiya ilə verək və ilaxır. Ona görə də xəstələr təzyiqsalıcı dərmanları həkim məsləhəti ilə, həm də mütəmadi şəkildə qəbul etməlidirlər”, - deyə kardioloq bildirib.

Xatırladaq ki, Tofiq Cahangirov Rusiyanın “Ürək çatışmazlığı üzrə Mütəxəssislər Cəmiyyəti” və “Ultrasəs diaqnostikası üzrə Mütəxəssislər Assosiasiyası”nın, “Avropa Ürək Çatışmazlığı Cəmiyyəti”nin, “Avropa Kardiologiya Cəmiyyəti”nin həqiqi üzvü, eyni zamanda Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, Azərbaycan Kardiologiya Jurnalının Baş redaktorudur.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN