booked.netbooked.net booked.net  

 Təmassız ödəniş zamanı internetin olması da əhəmiyyət kəsb etmir

 ***

Konkret desək, Google Pay ilə sadəcə kartla təmas olmadan, daha rahat və effektiv ödəniş imkanı qazanırıq.

Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz yenicə istifadəyə verilən “Google Pay”ın özəlliklərindən bəhs edərkən bildirib.

 O, qeyd edib ki, əvvəl kartla ödəyirdik, indi mobil telefon aparatının özü ilə və ya "ağıllı saat" la ödəyəcəyik.

 Osman Gündüz ödəniş etmə üsulunu belə  izah edib:

“...Kart öncədən bir dəfə Google Wallet cüzdanına əlavə edilməlidir. Yəni əvvəl kartı POS terminala yaxınlaşdırmaqla ödəniş edilirdisə, indi mobil telefonun və ya "ağıllı saatın" özünü ödəniş terminalına yaxınlaşdırıb ödəniş etmək mümkün olacaq. Həmçinin onlayn ödənişləri daha rahat formada, hansısa formalar doldurulmadan, qeydiyyatdan keçmədən də reallaşdırmaq olacaq, həm də təmassız ödəniş zamanı internetin olması da əhəmiyyət kəsb etmir”, - o, deyib.

 Osman Gündüzün sözlərinə görə, bu üstünlüklərlə yanaşı, bəzi məhdudiyyətlər də var.

 “Sadəcə, bəzi məhdudiyyətlər var: gərək kartı verən bank “Google Pay”ı dəstəkləsin, telefon NFC texnologiyanı dəstəkləsin və xidməti təqdim edən də bu tip ödənişi dəstəkləsin.

Əlbəttə, bu addım gec də olsa ölkəmizdə rəqəmsal transformasiyada irəliyə doğru bir addımdır.

Təmassız ödənişlər infrastrukturunun inkişafı texnoloji inkişaf göstəricisinin bir tərkib hissəsidir. Bununla da ölkədə nəqdsiz, təmassız ödənişlərin xüsusi çəkisi kəskin şəkildə artacaq.Bu istiqamətdə Mərkəzi Bankın səyləri təqdirəlayiqdir”, - Osman Gündüz vurğulayıb.

Bununla yanaşı, ekspert Mərkəzi Bankdan gözləntilərin də çox olduğunu diqqətə çatdırıb:

“1. Bütövlükdə bank-maliyyə sektorunun rəqəmsal transformasiyasına şərait yaradan, az qala 10 ildir ki müzakirəsi gedən "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında qanun layihəsini" ortaya çıxarmaq;

  1. Rəqəmsal manat layihəsini reallaşdırmaq;
  2. Qlobal ödəniş sistemlərinə inteqrasiyada mühüm rol oynayan PayPal ödəniş sistemini Azərbaycana gətirmək
  3. Ölkədə mövcud olan yüksək bank komissiyaları, nəqdləşdirmə məhdudiyyətləri və rüsumları, mənasız limitləri ləğv etmək və s.”, - bildirib.

Xatırladaq ki, Azərbaycanda təmassız ödəniş həlli "Google Pay" istifadəyə verilib.

Maliyyə bazarındakı mənbədən trend-ə verilən məlumata görə, "PAŞA Bank", "Bank Respublika", "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "Rabitəbank" və "Unibank"ın kart sahibləri bu gündən etibarən "Google Pay"dan istifadə edə biləcəklər.

Qeyd edək ki, "Goole Pay" Android əməliyyat sistemində işləyən mobil cihazlardan istifadə etməklə Google tərəfindən hazırlanmış elektron ödəniş sistemidir.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN