booked.netbooked.net booked.net  

Google Android smartfonlarının peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiya hazırlayır. Şirkət onu Android-in növbəti versiyasında (14), yəni 2023-cü ilin payızında yerləşdirmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə "Android Central" məlumat yayıb.

Yenilik barədə Google-un Platformalar və Ekosistemlər üzrə baş icraçı direktoru Hiroşi Lokhaymer məlumat verib. O, açıqlamasında 15 il əvvəl ilk Android telefonlarında (HTC Dream / T-Mobile G1) "3G + Wi-Fi-ı işə salmağın asan olmadığını" da xatırladıb.

Google "peyklərə qoşula bilən telefonlar üçün istifadəçi təcrübəsinin" adi LTE və 5G bağlantılarından fərqli olacağını vurğulayıb: "Layihənin əsas məqsədi istifadəçiləri mobil şəbəkənin olmadığı yerlərdə rabitə ilə təmin etməkdir, ona görə də bu formatın mobil zonaya ötürücülük qabiliyyəti 2-4 Mbit/s-dən çox olmayacaq".

Birinci mərhələdə xidmət SMS, MMS və ani messencerlərdə və audio zənglərdə ünsiyyət üçün bəzi proqramlara çıxışı təmin edəcək. Gələcəkdə isə tam internet bağlantısı və səsli rabitə olacaq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN