booked.netbooked.net booked.net  

“Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib”.

iPhone almaq üçün neçə gün işləmək lazımdır ?

Picodi ekspertləri növbəti "iPhone indeksi2022"ni dərc ediblər.

Onlar iPhone 14 Pro(128Gb) smartfonun ölkələr üzrə mövcud qiymətini və aylıq orta əmək haqqını müqayisə ediblər.

Bunu  Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib.

Bu müqayisəyə görə, orta statistik Azərbaycanlı iPhone almaq üçün 83 gün işləməlidir”, - deyə ekspert bəyan edib..

O, bu statistikanın sevindirici məqamənı da vurğulayıb: adı çəkilən qurumun statistikasına görə, Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib.

“Ən yaxşı vəziyyət İsveçrədədir. Burada 4-5 gün işləmək kifayətdir ki, bir iPhone alasan.

Bu indeksə görə orta statistik amerikalı bir iPhone üçün 5-6 gün sərf etməlidir”, - deyib.

Osman Gündüz ən ağır vəziyyətin Tacikistanda olduğuna diqqət çəkib:

“Tacikistanda isə bir iPhone almaq üçün təxminən yarım il işləmək lazımdır.

Gürcüstanda isə bunun üçün 64 gün işləyib bir iPhone almaq olar.

Keçmiş sovetlər birliyində ən yaxşı vəziyyət Estoniyadadır, bu ölkədə 21 gün işləyib bir iPhone almaq olar.

Qurumun ekspertləri iPhone indeksini hazırlayarkən, bu telefonun mağazalardakı rəsmi satış qiymətlərini və statistika qurumlarından əldə olunan aylıq orta əmək haqqı göstəricilərini müqayisə edirlər.

2018-ci ildən başlayaraq belə indeks dərc olunur”, -deyə Osman Gündüz bildirib.

Y.MƏMMƏDLİ

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA