booked.netbooked.net booked.net  

Azərbaycanda bu il sentyabrın 14-də “TikTok” şəbəkəsinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan götürülüb.

Bu gün saat 18:00-dan etibarən bu məhdudiyyət aradan qaldırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırıb.

 Qeyd edək ki, Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz xatırladıb ki, bir müddət öncə TikTok-un Şərqi Avropada dövlət qurumları və korporativ məsələlər üzrə məsul nümayəndələri Aleksandr Strax və Sergey Sokolov ölkəmizdə olmuş və görüşlər keçirmişdilər.

Xatırladaq ki, TikTok-un bağlanan zaman  Dövlət Təhlükəsizlik Xidməti məlumat yaymış və bağlanma səbəbini açıqlamışdı.

“Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülmüşdür. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmışdır.

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır”, – deyə məlumatda qeyd edilirdi.

***

Əlbəttə sosial şəbəkələrin məhdudiyyətsiz olması sevindirici olsa da, hər bir kəs paylaşım edərkən məsuliyyətini dərk etməlidir. Bu məsuliyyət Ermənistanla mövcud problemlər səbəbindən ikiqat artıq olmalıdır.

  

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN