Bu gün Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasının 100-dən çox iştirakçısı həbs edilib.

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda 113 nəfər polis bölməsində saxlanılır.

 Xatırladaq ki, mayın 9-dan etibarən Ermənistanın İrəvandakı hökumət binası, Respublika meydanı yaxınlığında Nikol Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası və müəyyən sərhəd ərazilərinin Azərbaycana verilməsinin dayandırılması tələbi ilə etiraz aksiyaları keçirilir. Etiraz hərəkatına Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir.

Erməni sosial şəbəkə istifadəçilərinin yazdıqlarından bəlli olur ki, tutulanlar və etirazçılar əsasən də Qarabağda uzun illər at oynadıb sonra Ermənistan prezidenti olmuş Koçaryanla Sarkisyanın adamlarıdır... Halbuki ilk növbədə bu yaramazlar həbs edilməlidir. "...Çünki onlar Ermənistanı 30 il geriyə-uçuruma saldılar...", -deyə sosial şəbəkə istifadəçiləri yazır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN