booked.net booked.net  

Böyük Britaniyanın Kiyevə uzaqmənzilli raketlər tədarük etməsi Rusiya ordusundan adekvat cavab tələb edəcək.

Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu gün (cümə axşamı) jurnalistlərə bəyan edib.

Peskov Kremlin Londonun Kiyevə uzaqmənzilli raketlərin tədarükünə “çox mənfi” münasibət bəslədiyini vurğulayıb.

“Bu, bizim hərbçilərimizdən adekvat cavab tələb edəcək və təbii ki, hərbi nöqteyi-nəzərdən bu fonda müvafiq qərarlar qəbul ediləcək”, - Rusiya dövlət başçısının mətbuat katibi bildirib (tass).

***

 Qeyd edək ki, 2023-cü il mayın 11-də CNN yüksək səviyyəli Qərb rəsmi dairələrində Böyük Britaniyanın gözlənilən əks-hücumdan əvvəl Ukraynaya gizli şəkildə Storm Shadow uzaqmənzilli qanadlı raketlər göndərdiyini təsdiqlədi.

Nəşrin fikrincə, bu növ silahların tədarükü hadisələrin gedişatını dəyişəcək, çünki onlar ruslar tərəfindən işğal olunmuş Ukrayna ərazilərinə dərindən zərbələr endirməyə imkan verir.

Nəzərinizə çatdıraq ki, Storm Shadow - Böyük Britaniya və Fransa tərəfindən birgə hazırlanmış və adətən havadan buraxılan gizli imkanlara malik uzaqmənzilli qanadlı raketdir və atış məsafəsi 250 kilometrdən çoxdur.

Və bu da Rusiyanı narahat etməyə bilməz...

 Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN