booked.net booked.net  

Bir neçə saat əvvəl Dubay hakimiyyəti Flyone Armenia təyyarəsinin şəhərin hava limanına enməsinə mane olub.

Və təyyarə yenidən Ermənistana qayıdıb.

Bu barədə Ermənistan aviadaşıyıcısının idarə heyətinin rəhbəri Aram Ananyan məlumat verib (tass).

Onun sözlərinə görə, İrəvandan uçan təyyarə Əl-Məktum hava limanına enməli idi, lakin aviasiya rəhbərliyi buna qadağa qoyub.

O vurğulayıb ki, aviaşirkət əvvəllər uçuş üçün bütün icazələri alıb, lakin təyyarə Dubaya uça bilməyib.

Aviadaşıyıcının nümayəndəsi əlavə edib ki, təyyarə İranın Kiş hava limanına enməyə məcbur olub və hazırda Ermənistana qayıdır.

 Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN