booked.net booked.net  

"Mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır".

TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “twitter” hesabından 28 may mesajı paylaşıb:

“Hörmətli mübarizə yoldaşlarım, biz Cümhur İttifaqı olaraq ölkəmizin ən gərgin seçkilərinin ilk sınağından böyük minnətdarlıqla keçdik. Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq. Zəhmətinizə, əməyinizə və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm. Rəbbimə min dəfə şükür edirəm ki, mənə sizin kimi yoldaşlar verdi. İndi mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır. Seçkilərin ikinci turu 27 May çevrilişinin 63-cü ildönümündən bir gün sonra - mayın 28-də keçiriləcək. Biz öz siyasətinin mərkəzinə milli iradəni, vətənə, millətə xidmət eşqini qoyan bir ittifaqıq. Bizə qayğı göstərən, bu məqsədlə lazım olanda tanklara meydan oxuyan millətimizə minnət borcumuzu, ancaq daha çox çalışmaqla ödəyə bilərik.

 Türkiyə bizdən xidmət gözləyir, icraat gözləyir. Millətimiz bizdən hədəfə çatmağı gözləyir. Zəlzələdən zərərçəkənlərimiz yaralarının tezliklə sağalmasını gözləyir.   Biz artıq 28 may seçkisi üçün qutunun rəngi bəlli olandan sonra işə başlamışıq. İnşaallah, qarşıdakı günləri ən yaxşı və məhsuldar şəkildə dəyərləndirəcəyik.

  Allahın izni ilə 28 Mayı “Türkiyə əsri”nin müjdəçisi edəcəyik.

  Mən sənə inanıram”.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN