Əsas məzmuna keç

Azərbaycan XİN Pakistana qarşı hərbi hücumlarla bağlı bəyanat yayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Hindistanla Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb.

Tezadlar.az xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.

Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…