FHN: QƏZA-XİLASETMƏ ƏMƏLİYYATLARI ZAMANI ÜÇ AZYAŞLI XİLAS OLUNUB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

YAĞINTILI HAVA ŞƏRAİTİ SABAH SƏHƏRƏDƏK DAVAM EDƏCƏK

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 26-sı saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olub.

RUSİYADA AVTOMOBİL İSTEHSALI NİYƏ AZALIB?

2023-cü ilin yeddi ayı ərzində Rusiyada minik avtomobillərinin istehsalı azalıb. “Avtostat” agentliyi xəbər verir ki, istehsal 244 min yeni avtomobilə düşüb ki, bu da ötən illə müqayisədə 18,6 faiz azdır.

NORVEÇ F-16 QIRICILARINI UKRAYNAYA VERƏCƏK

Tezadlar.az TV2-yə istinadən xəbər verir ki, Norveç Hollandiya və Danimarkadan sonra Ukraynanı F-16 döyüş təyyarələri ilə təmin edən üçüncü NATO ölkəsi ola bilər.

BAYDEN PRİQOJİNİN ÖLÜMÜNƏ BELƏ ŞƏRH VERDİ…

Ağ Ev çərşənbə günü Yevgeni Priqojinin qətli ilə bağlı olarda heç bir sübutun olmadığını bildirib, bununla belə, prezident Co Bayden bəyan edib ki, Kremlə qarşı uğursuz üsyana rəhbərlik edən bir adamın ölümü “təəccüblü deyil”.

KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

İRAQ NİYƏ PKK-NI TERROR TƏŞKİLATI KİMİ TANIMIR?

”İraqla ortaq düşmənimiz olan PKK terror təşkilatının ikitərəfli əlaqələrimizә xәlәl gәtirmәsinә imkan vermәmәliyik. Biz İraqın PKK-nı rəsmi olaraq terror təşkilatı kimi tanımasını gözləyirik”.

ƏLİYEVLƏ MİRZOYOYEV FÜZULİDƏDİR

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna gedib.

AXTARIŞDA OLAN 121 NƏFƏR SAXLANILIB

Avqustun 22-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

ERMƏNİSTANIN NÖVBƏTİ YALANI

Avqustun 23-ü saat 01:05-dən 02:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Avqustun 23-ü saat 02:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

BELÇİKADA PİVƏ ZAVODLARI NİYƏ BAĞLANIR?

Ukrayna münaqişəsi fonunda enerji böhranı səbəbindən Belçikada pivə zavodları getdikcə azalır. 2022-ci ilin sonuna ölkədə 410 müəssisə qalıb ki, bu da bir il əvvəlki 430-dan çoxdur. BRF.be-nin Belçika pivə istehsalçıları assosiasiyasına istinadən verdiyi məlumata görə, əmtəələrin qiyməti də artır.

26 İL ƏVVƏL TÖRƏDİLMİŞ CİNAYƏT İŞİNİN AÇILMASI TƏMİN EDİLİB

Prokurorluq, daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin həyata keçirdiyi məqsədyönlü və koordinasiyalı tədbirlər nəticəsində Kərim Kərimli tərəfindən aralarında yaranmış mübahisə zəminində Zoyaxanım Rzayevanın xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

MASALLI SAKİNLƏRİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR – FOTOLAR

Masallı rayonunun Boradigah qəsəbəsində insan həyatı üçün təhlükəli vəziyyət yaranıb. Bu səbəbdən də qəsəbə sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət ünvanlayıblar.

BU İSTİQAMƏTLƏRDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Avqustun 22-si saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

SEPARATÇILIQLA BAĞLI ÇAĞIRIŞ EDƏN ŞƏXSƏ CİNAYƏT İŞİ BAŞLANDI

Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də “Telegram” və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

“SÜLHMƏRAMLILAR BÖLGƏDƏ GƏRGİNLİYİ ARTIRIB” – ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələri əsgərlərinin Şimali Kıbrıs Türk Respublikasının (ŞKTR) suverenliyi altında olan ərazidəki hərəkətlərinin qəbuledilməz olduğunu söyləyib.

TRAMPA SUİ-QƏSD HAZIRLAMAQDA ŞÜBHƏLİ BİLİNƏN SAXLANILIB

“360”-nın məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinə istinadən “Associated Press” keçmiş Amerika lideri Donald Tramp və oğlu Barronu elektron məktublar vasitəsilə öldürməklə hədələdiyi iddia edilən Çikaqo sakininin həbsindən xəbər verib.

RUSİYADA OBYEKTLƏRƏ DAHA DÖRD DRON HÜCUMU OLDU

dron

Kiyev dörd pilotsuz uçan aparatla Rusiya Federasiyasındakı obyektlərə hücum etməyə cəhd etdi, ikisi Moskva vilayəti üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu, digər ikisi isə Bryansk vilayəti üzərində zərərsizləşdirildi.

AK ESTONİYANI CƏRİMƏLƏYİR

Estoniya məlumat verənlərin müdafiəsi və antiinhisar məhdudiyyətləri ilə bağlı qanunvericiliyə düzəlişlərin gecikdirilməsinə görə Avropa Komissiyasına bir neçə yüz min avro cərimə ödəməli olacaq.

BU ŞƏXSLƏRƏ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ VERGİ GÜZƏŞTLƏRİ VERİLMİR

Mən Zəngilan rayonunda doğulmuşam. Fərdi sahibkar olaraq Zəngilan rayon Vergilər Şöbəsində qeydiyyatdayam amma Bakı şəhərində pərakəndə satış fəaliyyəti ilə məşğulam. Bilmək istəyirəm, işğaldan azad olunmuş ərazilərlə bağlı 2023-cü ilin 1 yanvar tarixindən Vergi Məcəlləsinə əlavə edilmiş vergi güzəştlərindən istifadə edə bilərəmmi?

HAKİMDƏN SƏRT QƏRAR- ŞİKAYƏT TƏMİN EDİLMƏDİ VƏ…

Avqustun 19-da Bakının Xətai rayon Məhkəməsi hakim Pərviz Zamanlının sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib.

SUMQAYITDA ANASINI ÖLDÜRMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN SAXLANILDI

Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xəsarət alması barədə polisə məlumat daxil olub.

ORDUMUZUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

DƏNİZDƏ BATAN ŞƏXSİN AXTARIŞLARI DAVAM EDİR

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

AĞ ADAM ŞEİRİ

(Rəşad Məcidin doğum gününə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ.   Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ.   Ağdam adlı məmləkətin uşağı, Burda çözüb […]

ORDUMUZUN GƏDƏBƏYDƏKİ MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Avqustun 20-si saat 00:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Avqustun 19-u saat 16:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

“CIĞIR” TƏBLİĞAT VASİTƏSİ KİMİ…

“Azərbaycanın Bütövlüyü Uğrunda” İctimai Birliyi “Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması” layihəsi çərçivəsində tədbirlərini davam etdirir. İctimai Birliyin növbəti tədbiri avqustun 18-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ofisində keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının üzvləri, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan qazilər iştirak ediblər. Tədbir iştirakçılarına məlumat verilib ki, […]

ŞƏKİDƏ AĞIR YOL-NƏQLİYYAT HADİSƏSİ: ÖLƏNLƏR VAR

Bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq, ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“NARDARAN DAŞ KARXANASI” CƏRİMƏLƏNDİ

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində fəaliyyət göstərən “Nardaran Daş Karxanası” LTD tərəfindən atmosferə toz hissəciklərinin atılması faktı müəyyən olunub.

PAYTAXT HAVASINDA DƏM QAZININ MİQDARI NORMANI 1,5 DƏFƏ ÖTÜB

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

TÜRKİYƏ BUNA GÖRƏ RUSİYAYA XƏBƏRDARLIQ ETDİ

Bu gün Türkiyə Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Şükrü Okan” yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

HAKAN FİDAN LAVROV VƏ KULEBA İLƏ TAXIL MÜQAVİLƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

Türkiyə hakimiyyəti taxıl sazişi ətrafında vəziyyətin inkişafı üçün üç mümkün variantı müzakirə edir, respublikanın xarici işlər naziri Hakan Fidan Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba ilə məsələnin işlənməsinin nəticələri barədə danışmağı planlaşdırır.

TRAMP FİKRİNİ DƏYİŞİR

Ağ Evin keçmiş rəhbəri Donald Tramp avqustun 21-də Corciya ştatında 2020-ci il prezident seçkilərinin saxta nəticələrini açıqlamaq niyyətində olduğu brifinqi ləğv edib.

BU PARTİYALAR LƏĞV OLUNDU- SİYAHI

Bu ilin avqustunda Azərbaycan Ədliyyə Nazirliyi 13 siyasi partiyanın ləğvi barədə qərar qəbul edib. Bu partiyalar öz fəaliyyətlərinin  dayandırılması  barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət ediblər.

ABŞ DÖRD RUSİYALIYA QARŞI SANKSİYALARI GENİŞLƏNDİRİR

ABŞ hakimiyyəti sanksiya siyahısına Aleksey Navalnının işində əli olduğu iddia edilən 4 rusiyalını əlavə edib (terrorçular və ekstremistlər siyahısına daxil edilmiş; onun yaratdığı FBK Ədliyyə Nazirliyi tərəfindən xarici agent funksiyalarını yerinə yetirən, ekstremist, habelə arzuolunmaz təşkilat kimi tanınan və Rusiyada fəaliyyəti qadağan edilmiş təşkilatların reyestrinə daxil edilib).

UKRAYNADA HAVA HƏYƏCANI ELAN EDİLİB

Avqustun 17-də günortadan sonra bütün Ukrayna ərazisində səlahiyyətlilər hava xəbərdarlığı elan edib. Bu, ölkənin Rəqəmsal İşlər Nazirliyinin onlayn xəritəsindən vətəndaşları xəbərdar etmək üçün gəlir.

ERMƏNİSTANIN “BLOKADA ŞOUSU” İFLASA UĞRADI

Ermənistanın daha bir şousu uğursuzluğa düçar oldu. BMT Təhlükəsizlik Şurasının son iclası bir daha təsdiq edir ki, Qafqazda dayanıqlı sülhün əldə edilməsinin yeganə yolu ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır.

FHN: ÖTƏN SUTKA ƏRZİNDƏ 13 NƏFƏR XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 halda yanğına çıxış, 11 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

AMERİKALI AKTYOR ZELENSKİYƏ MÜRACİƏT EDİB

“Clinic” serialında Doktor Koks rolu ilə tanınan amerikalı aktyor Con MakQinli Ukrayna prezidenti Vladimir Zelenskini narkomaniyadan müalicəyə başlamağa və özünə diqqət yetirməyə çağırıb, – o, Instagram-da müraciətlə video yayımlayıb.

ZELENSKİ ALİ BAŞ KOMANDANIN QƏRARGAHINDA İCLAS KEÇİRİB

Ukrayna Prezidenti Vladimir Zelenski öz Telegram kanalında Ali Baş Komandanın qərargahında Ukrayna Silahlı Qüvvələri (USQ) üçün pilotsuz uçuş aparatlarının (PUA) tədarükü, eləcə də hərbi əməliyyatların gedişatını müzakirə etdiyini bildirib.

BU RAYONLARIN QAZ TƏCHİZATINDA MÜVƏQQƏTİ FASİLƏ YARANACAQ

“Balakən 1 və 2 xətt” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar avqustun 17-si saat 08:00-dan, “Müşfiqabad” QPS-də aparılacaq təmir işləri və yeni çəkilmiş qaz xəttinin sənaye kollektoruna qoşulması ilə əlaqədar saat 10:00-dan, həmçinin “Müşfiqabad” və “Çaylı-Qobustan” orta təzyiqli qaz kəmərlərində kipliyə sınaq olunması məqsədilə saat 10:30-dan işlər başa çatanadək […]

QANUNSUZ ERMƏNİ SİLAHLI DƏSTƏLƏRİNİN BƏD NİYYƏTİ BAŞ TUTMADI

Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

MN: KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ DƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.