Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin nəzdindəki Rusiya Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Ural bölməsi həmvətənimiz İlham Rəhimovun ünvanına təbrik məktubu göndərib.

Tezadlar.az bildirir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Məmmədhəsən oğlu!

Rusiya Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Ural bölməsinin rəhbərliyi və elmi şurası adından Sizin Rusiya EA-nın üzvü seçilməyiniz münasibətliə səmimi təbrikimizi qəbul edin. Bu, cinayətkarlığın cəzalandırılması, məhkəmə proqnozlaşdırılması, məhkumlara islah-əmək və ölüm hökmü institutunun tətbiq olunması, məhkəmə sistemindəki islahatlar və cinayətkarlıqla mübarizə proqramına dair konsepsiyaların işlənib hazırlanması üzrə mürəkkəb, fundamental, nəzəri və praktiki problemləri ehtiva edən dünya krimoinologiya və penologiya elminə verdiyiniz böyük araşdırmaçılıq töhfəsinin layiqli və ədalətli qiymətidir. Sizin elmi əsərlərinizlə bütöv bir gənc alim-kriminoloqlar və psixoloqlar nəsli, eləcə də bizim institutumuzun əməkdaşları yetişiblər.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və yaradıcılıq uğurları arzulayırıq”.

Təbrik məktubunu REA-nın Fəlsəfə və Hüquq İnstitutunun Ural bölməsinin direktoru V.S.Martınov və institutun elmi şurasının sədri V.N.Rudenko imzalayıb.

33345.JPG (56 KB)

*** 

Bir daha Professor İlham Rəhimovu səmimi qəlbdən təbrik edir, daha böyük elmi nailiyyətlər arzulayırıq.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN