Sürücülərin böyük bir qismi bu səhəri dilxor açdı.

Məlum oldu ki, "SOCAR Petroleum" QSC iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışını 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışını isə 2,30 AZN-dən həyata keçirməyə başlayıb.

Yadıma «Cırtdan» nağılı düşdü:

DİV: "Kim yatıb, kim oyaq?"

Cırtdan: "Hamı yatıb, SOCAR" oyaq!"

Bəli, dünən- iyulun 12-dən 13-nə keçən gecə SOCAR "Aİ-95" premium markalı benzinin satışını 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışını isə 2,30 AZN-dən etdi... Bu qiymətli benzin o deməkdir ki: rayona getmə, şəhid qapısını açma, istirahətə getmə... Yəni, yıxıl evində öl, qoy benzini havayı alanlar kef eləsinlər...

***

Maraqlısı budur ki, hər dəfə benzinin qiymətinin qaldırılmasının baiskarlarının bir bəhanəsi var: bu benzinlər xaricdən gətirilir! Özü də Rusiyadan! Rusiyanın elmi və texnikası bu qədərmi güclüdür? Ukraynadakı müharibə gözümüzün qabağındadır… Allaha min şükür, Azərbaycanın bütün imkanı var ki, bu benzinləri Bakıda, yəni ölkəmizdə istehsal etsinlər. Saxta arax buraxmaq olar, saxta su, yağ, narkotik, bal, qara kürü, paltar, texniki vasitələr və s. buraxılan ölkədə bu nə çətin işdir?! Əsrlərlə neft emalı təcrübəsi olan bir ölkənin xaricdən benzin alması utanclıdır!

***

 "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli isə deyib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik məcburi olub: «Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir…».

 Deməli, dünyanın azar-bezarının altını Azərbaycanın nimdaş maşn almağa gücü çatan binəva sürücüləri çəkməlidir də. Dünyaya qaz sat, neft sat, özün də dünyadan benzin asılılığında ol. Yəni, yıxıl öl!

Cənablar, ölkəyə həm də yeni texnologiya alıb gətirin! Belə davam etməsi ölkəmizin adına yaraşmır!

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN