booked.netbooked.net booked.net  

…Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi,  General-polkovnik Elçin Quliyevin hərb tariximizdə dərin izlər buraxacaq ixtirası dünya mediasında da böyük müzakirə mövzusu oldu…

 Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsinin təməlində həm də dövlətimizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi dayanırdı. Prezident İlham Əliyevin xarici siyasətinin əsas istiqamətləri də bundan ibarət idi. Çünki dünyanın, xüsusən də Azərbaycana ən yaxın dost və qardaş ölkələri ilə bütün sahələrdə sıx əməkdaşlığı 2-ci Qarabağ müharibəsində də Azərbaycana bir sıra vacib problemlərin həllində dayaq nöqtəsi idi. Və Azərbaycan işğalçı ölkəni məğlub edərək torpaqlarını azad etdi...

***

Sözümüzün mətləbi var: bu ilin avqustun 18-də sərhədçilərimizin peşə bayramı idi. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yaranmasının 103 illiyi ölkə  səviyyəsində qeyd olundu. Sərhədçilərimizi bir daha təbrik edirik. Dövlət sərhəddimizi qoruyan əsgərlərin, zabitlərin əməyi çox ağırdır. Əbəs yerə demirlər ki, Vətən sərhəddən başlanır. Müstəqil dövlətin sərhəddi olmalıdır və o sərhəddi də müstəqil dövlətin əsgərləri qorumalıdır. Müharibə zamanı ölüm-itimin olması labüddür və bu təbii qarşılanır. Şəhidlərimiz də ən yüksək hörmət və diqqətə layiqdir. Amma sərhəddə isə ölüm-itim təhlükəsi müharibəsiz hər gün var. Sərhədçilərimiz, sanki hər gün müharibə şəraitində xidmət edirlər. Sərhəddən qanunsuz yolla keçmək istəyənlər həmişə olub və bu gün də var. Elə ona görə də tez-tez qonşu dövlətlərlə sərhəddə müxtəlif insidentlər yaşanır. Bəzən isə atışma və ölüb-öldürmə səviyyəsinə çatır. Çünki qaçaqmalçılar heç vaxt sakit dayanmırlar və həmişə də sərhəddi gizli yolla keçməyə cəhd edirlər. Biz hələ başqa diversantları, təxribatçıları demirik…

Bu səbəbdən DSX-nin əsgərləri sərhəddə həmişə ayıq-sayıqdırlar. Təkcə sərhəddəmi? Əlbəttə, yox! Vətən darda olanda sərhədçilərimiz bu dəfə silahlarını qaçaqmalçılara yox, torpaqlarımızin 30 illik işğalına son qoymaq məqsədi ilə erməni quldurlarına tuşladılar. Özü də necə? 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ savaşında DSX-nin əsgərindən tutmuş, generalına qədər sinələrini düşmənə sipər etdilər. Üzbəüz döyüşü hələ bir kənara qoyaq. Hamımızın bilirik ki, «Bayraktar» və «Harop» dronlarının düşmənə endirdiyi zərbələr bütün dünyanın hələ də müzakirə mövzusudur. Düzdür, «Bayraktar»lar Azərbaycan Müdafiə Nazirliyinin sərəncamında idisə, İsrail istehsalı olan “Harop”, “Quzğun” və “Hermes” dronları isə Sərhəd qoşunlarının ixtiyarında olmuşdur.

 Bəs bu dronları idarə edənlər kimlər idi? Bu barədə indiyə qədər müxtəlif müzakirələr gedir və müxtəlif versiyalar səslənir. Bu məsələdə əsasən gah Türkiyə, gah da İsrail mütəxəssislərinin xidmətinin olduğu vurğulanır. Əlbəttə, həm İsrail, Pakistan, həm də Türkiyə dövlətinin 44 günlük müharibədə həm siyasi, həm də mənəvi cəhətdən yanımızda olması, bizə dəstək verməsi danılmaz faktlardır. Amma dronların təkmil qaydada idarə edilməsi məsələsində fikirlər haçalanırdı... Bəs əsl həqiqət necədir?

Aldığımız məlumata görə, 44 günlük Vətən müharibəsində Sərhəd Qoşunlarının balansında olan bütün dronların idarə edilməsi üzrə komandir, DSX-nin müavini, General-leytenant Əfqan Nağıyevdir.

 Ə.Nağıyevin fəaliyyəti haqqında “İTV”-də, “Xəzər TV”-də, eləcə də internet üzərindən yayılan televiziyalarda getmiş verlişlərə rast gəldim və bir daha əmin oldum ki, Sərhəd Qoşunlarında öz işinin peşəkarı, yeri gələndə isə düşmənə sarsıdıcı zərbələr endirə bilən generallarımız vardır. Adını çəkdiyim televiziyalarda gedən verlişlərdə Ə.Nağıyevin müsahibələrinə çox diqqətlə qulaq asmışam. Bu çıxışlardan aydın olur ki, 44 günlük II Qarabağ savaşında ermənilərin S-300 zenit- raket kompleksləri müharibə başlayan andan darmadağın edilmişdir. Bəs bu necə baş verib?

***

…Yaşlı adamların yaxşı yadındadır, Sovetlər dönəmində pambıq tarlalarında dərmansəpən kimi tanıdığımız və el arasında “kukruznik” deyilən «AN-2» təyyarələri vardı. Artıq onlar öz dövrünü çoxdan başa vurub, bir çox yerlərdə maket kimi qalmaqda idi. Sərhəd Qoşunlarında bir nəfərin ağlına çox dahiyanə bir ideya gəlir və ideyanın sayəsində 44 günlük savaşda ermənilər diz çökdürülür. Nəticədə rusların böyük bəh-bəhlə ermənilərə Hava Hücumundan Müdafiə məqsədi ilə verdikləri  «S-300» markalı zenit-raket kompleksləri müharibənin ilk günlərindəcə Sərhəd Qoşunlarının mütəxəssisləri tərəfindən darmadağın edilir. Azərbaycanın belə uğurlu döyüş taktikası bu gün artıq dünyanın hərb tarixinə salınmaqdadır. İdeya isə belə olub: hələ 2011-ci ildə qərara alınıb ki, Sovet dövründə dərmansəpən və el arasında “Kukruznik” kimi tanınan həmin «AN-2» təyyarələri pilotsuz uçuş aparatlarına cevrilsin. Belə də edirlər. 44 günlük döyüşdə ermənilər də elə biliblər ki, bunlar Azərbaycanın qırıcı təyyarələridir. Hətta erməni KİV-ləri yazırdılar ki, bunlar guya Türkiyənin Azərbaycana gətirdiyi «F-16» qırıcılarıdır. Dərhal «S-300» zenit- raket kompleksləri hərəkətə gəlib və həmin “kukruznik”i vurublar. Ermənistan mətbuatı da haray-həşir salıb ki, bəs Azərbaycanın neçə dənə qırıcı təyyarəsini məhv ediblər. Bəli, bizim “kukruznik”lərə atəş açan zaman havada məhz bunun üçün keşik çəkən kəşfiyyatçı dronlarımız bu raketlərin yerini müəyyən edərək, kordinatları zərbə dronlarına ötürüb. Zərbə dronları isə dərhal  ermənilərin ən çox güvəndiyi həmin «S-300» zenit- raket komplekslərini darmadağın edib. Hətta Ermənistan mətbuatı o vaxt eyforiyaya qapılaraq vurduqlarının Türkiyənin Azərbaycana verdiyi həmin «F-16» qırıcı təyyarələri olduğunu da böyük fəxrlə yazırdılar. Ermənilər sonradan dərk ediblər ki, vurduqları qırıcı təyyarələr yox, heç nəyə yaramayan “kukruznik”lər imiş. Onda isə artıq gec idi. Çünki müharibənin ilk 10 günündə demək olar ki, Ermənistanın Hava Hücumundan Müdafiə sistemləri bu yolla tamamilə darmadağın edilmişdi.

***

Yuxarıda adını çəkdiyim TV-lərdə gedən verlişlərin birində məhz bu əməliyyatlardan danışan Sərhəd Qoşunlarının bütün Dronlarının idarə edilməsi üzrə mərkəzin rəhbəri olan general-leytenant Əfqan Nağıyev haqlı olaraq deyir ki, qısa müddətə ermənilərin hava hücumundan müdafiə sistemi sıradan çıxarıldı və Azərbaycan dronları hava məkanında dominantlıq edirdilər. Bütün bu məsələlər hər bir Azərbaycan vətəndaşı kimi məni də maraqlandırırdı ki, bu dronlarla necə işlədilər, “kukruznik”lərin “qırıcılara” çevrilməsi ideyası hardan gəlib, müəllifi kimdir və s.

Nəhayət, uzun axtarışlardan və araşdırmalardan sonra həmin 44 günlük savaş zamanı Sərhəd Qoşunlarının necə fəaliyyət göstərməsi, «AN-2» təyyarələrin, yəni “kukruznik”lərin pilotsuz uçuş aparatlarına çevrilməsinin müəllifi haqqında olduqca maraqlı məlumat əldə etdim. Sən demə, bu ideyanın müəllifi Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevdir. Sadəcə, indiyə qədər E.Quliyev təvazökarlıq edərək, bunun ictimaiyyət üçün açıqlanmasını istəməyib. Bu ideya isə müharibə başlayan ərəfədə birdən-birə yaranmayıb. Aldığım məlumatdan aydın olur ki, (bu barədə aşağıda geniş məlumat veriləcək-E.M.) E. Quliyev bu ideya barədə hələ 2011- ci ildə prezident İlham Əliyevə məlumat verib və ideya dəstəklənib. O da məlumdur ki, bu ideyanı hazırlayıb həyata keçirmək və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ali Baş Komandanın verəcəyi əmrə hər an hazır olmaq üçün Elçin Quliyev dərhal əməli işə keçir. Harada köhnə belə «AN-2» təyyarələri varsa, onların alınması üçün danışıqlar başlayır. Hətta AZAL-dan sınıq-salxaq bu təyyarələr alınanda müəyyən rəsmilər hələ dodaqaltı qımışmışlar da ki, görün, pulları nəyə xərcləyirlər? Mətbuat isə Elçin Quliyevi top atəşinə tutmuşdu ki, dövlətin pulunu göyə sovurur və s. Amma 44 günlük 2-ci Qarabağ müharibəsində məlum oldu ki, göyə sovrulan Elçin Quliyevin planlı, həmçinin çox uzaqgörənliklə xərclədiyi pullar deyil, ermənilərin «S-300» zenit-raket kompleksləri, digər hərbi texnikaları, obyektləri və canlı qüvvələridir. Bununla da DSX-nin rəisi Elçin Quliyevi necə böyük bir ixtiraya nail olduğunu söyləmək olar. O ixtira ki, hələ də bir çox dövlətlərin hərbi akademikləri, nüfuzlu generalları 44 günlük Vətən Müharibəsində qazandığımız qələbədə əsas pay sahibi olan “kukruznik”lərdən danışırlar, bu taktikadan hərbi məktəblərdə misallar gətirirlər. Elə bu yazının sonunda Avstraliyanın nüfuzlu hərbi jurnallarından birinin (saytı) Azərbaycanın «kukruznikli» döyüş taktikası barədə olan məqaləsini həm ingilis, həm də Azərbaycan dilində tərcümə ilə dəyərli oxucularimıza təqdim etməyi məqsədəuyğun hesab edirəm. Məlumat üçün qeyd edim ki, “Təzadlar” qəzetinin 06.04.2021-ci il tarixli sayında dərc olunmuş “Avstraliya mətbuatı Azərbaycanın Qarabağdakı döyüş təcrübəsindən yazdı” başlıqlı yazının müəllifi baş redaktor Asif Mərzilidir.

***

İndi isə aldığım həmin məlumatlar əsasında hazırlanan sensasiyaya bənzər yazını “Təzadlar”ın oxucularına da təqdim edirəm. İnanıram ki, Azərbaycanın hərb tarixini yazanlar üçün bu yazının da böyük əhəmiyyəti olacaq. Çünki 44 günlük II Vətən müharibəsinin memarı, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin göstərişlərini layiqli şəkildjə yerinə yetirən Dövlət Sərhəd Xidmətinin rəisi, Xidmətin əsgərləri, zabitləri, generalları 44 günlük Vətən savaşında elə bir uğura imza atıblar ki, Azərbaycan yaşadıqca onların bu uğuru danışılacaq, araşdırılacaq və yazılacaq.

Əldə etdiyim həmin material Sərhəd Qoşunlarının 44 günlük Vətən savaşında uğurla həyata keçirdiyi “Açıq Səma” əməliyyatı haqqında geniş məlumatdır. Azərbaycan mətbuatında “kukruznik”lərin “qırıcılara” çevrilməsi ideyasının müəllifinin Elçin Quliyev olması barədə məlumat ilk dəfə məhz tezadlar.az saytında dərc olunur. İnanıram ki, həmin məlumat əsasında hazırlanmış bu yazı ürəyi, qəlbi vətən eşqi ilə döyünən hər bir azərbaycanlının qəlbini riqqətə gətirəcək.

***

Artıq məlum olduğu kimi, 44 günlük Vətən Müharibəsində Azərbaycan sərhədçiləri Silahlı Qüvvələrin digər tərkib hissələri ilə qarşılıqlı əlaqə quraraq, döyüş əməliyyatlarında mərdliklə iştirak etmişdir. Fəxr edilməli haldır ki, hər birimiz üçün müqəddəs olan bu savaşda, Azərbaycan hərb tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları uğurla yerinə yetirilmişdir. Bütün qüvvə və vasitələri tam səfərbər edən Azərbaycan sərhədçiləri Azərbaycan-İran dövlət sərhədinin işğalda olan hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında yaxından iştirak etmiş, igidlik nümunələri göstərmiş, qəhrəmanlıq dastanı yazmışlar.

Dövlət Sərhəd Xidmətində uzun müddət öncədən sistemli şəkildə düşünülmüş və həyata keçirilmiş yanaşmalar, o cümlədən DSX-nin çevik hərəkət qüvvələrinin formalaşdırılması və xüsusi hazırlıqlı peşəkar heyətlə komplektləşdirilməsi, ən yüksək səviyyədə silahlar, döyüş sursatı və hərbi ləvazimatla təchiz edilməsi başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Şəxsi heyətin real döyüş təcrübəsi əldə etmlərinə xüsusilə ciddi önəm verilməsi, pilotsuz uçuş aparatlarının alınması və real döyüş şəraitində effektiv tətbiq olunması üzrə peşəkar vərdişlərin formalaşdırılması, zirehli döyüş texnikalarının modernləşdirilməsi və digər fəaliyyətlər böyük Zəfərin əldə olunmasında Azərbaycan sərhədçilərinin uğurlu iştirakına zəmin yaratmışdır.

General-leytenant Əfqan Nağıyev

Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmişlər. Dünya hərb tarixində görünməmiş bir sürətlə-24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilməsi, yüzlərlə canlı qüvvəsinin məhv edilməsi nəticəsində, qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımız qaldırılmışdır. Bir çox ölkələrin müharibə tarixlərində 24 saat ərzində 105 km. ərazini işğalçılardan azda etmək təcrübəsi olmayıb. Bu rekorda, ancaq Sərhəd Qoşunlarının qəhrəman oğulları nail olublar. Qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində yerləşən “Bartaz” və “Şükürataz” strateji yüksəklikləri də düşməndən azad edilmişdir.

Dövlət Sərhəd Xidməti mütəxəssislərinin İsrail istehsalı olan “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, S-300 zenit-raket kompleksləri, bütün hava hücumundan müdafiə sistemləri, tankları, zirehli döyüş maşınları, müxtəlif texnikaları, obyektləri, komanda idarəetmə məntəqələri, səngərləri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə isə 290 düşmən hədəfi darmadağın edilmişdir.

Qeyd edilən uğurlu döyüş əməliyyatları sırasında müharibənin ilk günlərində düşmənin hava hücumundan müdafiə sisteminin aşkarlanaraq məhv edilməsini təmin etmiş məşhur, hamını maraqlandıran və dünyanın hərbi akademiyalarının diqqət mərkəzinə düşən “Açıq Səma” əməliyyatı haqqında daha ətraflı məlumat vermək istərdim.

Belə ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq tapşırıqlarına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin bilavasitə rəhbərliyi altında DSX-nin xüsusi komandası yaradıldı. Bu komanda tərəfindən müasir müharibələrin xüsusiyyətlərinin, xüsusən də bu müharibələrdə tətbiq edilən yeniliklərin dərindən öyrənilməsinə, hərbi potensialın gücləndirilməsi ilə yanaşı mövcud imkanlardan daha səmərəli istifadəsinin və düşmən üçün gözlənilməz tətbiqinin araşdırılmasına əsaslanan kompleks işlər görülmüş, müxtəlif layihələr, həmçinin konseptual yanaşmalar işlənmişdir.

Bu sırada müharibənin ilk saatlarından başlamaqla düşmənin hava hücumundan müdafiə sisteminin aşkarlanaraq, dəqiq zərbələrlə məhv edilməsi yolu ilə havada hökmranlığın əldə edilməsi, müharibənin sonrakı gedişatı üçün son dərəcə mühüm əhəmiyyət kəsb edirdi. Bu məqsədə nail olmaq üçün ən optimal həll yolu olaraq, məhz general-polkovnik Elçin Quliyevin təklif etdiyi ideya əsasında, el arasında “kukruznuk” deyilən və pambıq sahələrində dərman səpən kimi tanınan  AN-2 təyyarələrindən yalançı hədəf kimi istifadə edilməsi fəndi düşünüldü.  Hələ 2011-ci ildə bu barədə general-polkovnik Elçin Quliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edildi.

Əziz oxucular, bu məlumat onu sübut edir ki, Prezident cənab İlham Əliyev Qarabağ torpaqlarının işğaldan azad edilməsi üçün uzun illərdir məqsədyönlü şəkildə iş görürmüş. Deməli, Prezidentin amalı, məqsədi həmişə Qarabağın işğaldan azad edilməsi olub. Ona görə də 2011-ci ildə DSX-nin rəisi, vətənpərvər insan Elçin Quliyev tərəfindən təklif edilən bu ideya barədə müsbət qərar verildikdən sonra, tam gizli şəkildə onun praktiki icrasına başlanılıb.

Düşməni ayıq salmamaq üçün rəsmi informasiya isə belə gedib ki, Sərhəd Xidməti aviasiyasının imkanlarının genişləndirilməsi, sərhəd xətti boyu havadan müşahidələrin aparılması zəruridir. Bu məqsədlə “Azərbaycan Hava Yolları” QSC-nin balansındakı istismar müddəti bitdiyinə görə, silinmə ərəfəsində olan AN-2 təyyarələrinin DSX-nin balansına verilməsi barədə hökumət qarşısında məsələ qaldırıldı və həmin uçuş vasitələri AZAL-dan təhvil alındı. Burada onu da qeyd etməliyəm ki, bu niyyətin əsl mahiyyətini başa düşə bilməyən, həmçinin məxfiçilik səbəbindən açıqlama verilməyən bəzi dövlət qurumları tərəfindən, o zaman DSX-ni və Elçin Quliyevi ciddi tənqid atəşinə tutmuşdular ki, dövlət vəsaitlərini əsassız yerə dağıdırlar. Lakin bu ittihamlara baxmayaraq, DSX rəhbərliyi bu məxfi layihəni davam etdirərək tam sona çatdırdı.

Qısa müddət ərzində həmin uçuş vasitələri düşünülmüş döyüş tapşırığının icrası üçün hazır vəziyyətə gətirildi. Bu kimi işlərdə böyük təcrübəyə malik xarici mütəxəssislərin dəstəyi ilə AN-2 təyyarələrinin modernizə edilərək, pilotsuz uçuş aparatına çevrilməsinə nail olundu. PUA-ya çevrilmiş təyyarələrin sınaq uçuşları keçirildi və bu sınaqlar çox uğurlu alındı. DSX-nin pilotları tərəfindən havaya qaldırılan, təyyarənin təyin olunmuş kurs üzrə hərəkəti fiksasiya olunduqdan sonra pilotların uçuş vasitəsini paraşütlə tərk etmələri tapşırıqları böyük ustalıqla icra olundu. Bundan sonra bu ilkin ideya DSX-nin mütəxəssisləri tərəfindən daha da təkmilləşdirildi. Bunun nəticəsində təyyarələrin döyüş tətbiqi ilə düşmən mövqelərinə daha böyük zərbə vura bilmək üçün, onların daxilinə xüsusi aviabombaların yerləşdirilməsinin mümkünlüyü araşdırıldı və bu məsələ üzrə də müsbət qərar verildi.

Bundan sonra döyüş tapşırığı alınan zaman maksimal sayda AN-2 təyyarələrini  eyni zamanda havaya qaldırmaq üçün pilotların hazırlanmasına xüsusi önəm verildi. Bunun üçün Milli Aviasiya Akademiyasının, şəxsən rektor cənab Arif Paşayevin dəstəyilə, qısa müddət ərzində zəruri sayda ekipajların formalaşdırılması və onlara uçuş icazələrinin verilməsi təmin olundu.

Beləliklə, də bu tədbirlər sayəsində unikal, dünya hərb tarixinə yenilik gətirmiş, artıq aparıcı dövlətlərin hərbi məktəbələrində dərs kimi öyrənilən “Açıq Səma” döyüş əməliyyatının gerçəkləşdirilməsi mümkün oldu.

2020-ci ilin sentyabr ayının 27-də başlayan müharibədə, döyüş tapşırığına uyğun olaraq, eyni anda 20 ədəd AN-2 təyyarəsi göyə qaldırıldı və düşmən mövqelərinə doğru istiqamətləndirildi. Düşmənin hava hücumundan müdafiə sistemləri bu təyyarələri böyük həcmli hava hədəfi, hətta bəzi hallarda F-16 qırıcı təyyarəsi kimi tanıyaraq, onlara qarşı atəş açmaqla öz dislokasiya yerlərini açıqlamış oldular.

Hava fəzasında düşmən üçün əlçatmaz hündürlükdə müşahidə aparan kəşfiyyat PUA-ları tərəfindən həmin S-300 zenit-raket komplekslərinin gizlədildiyi yerlər dəqiq müəyyən edildi. Real vaxt rejimində onların koordinatları zərbəendirici PUA-ların idarəolunması mərkəzinə, oradan da Artilleriya komandanlığına ötürüldü və dəqiq zərbələrlə həmin ZRK-lar tam zərərsizləşdirildi.

Bu döyüş fəndinin mahiyyətini və əsl məqsədini başa düşməyən düşmən vurduğu hər bir AN-2 təyyarəsini Azərbaycan hərbi aviasiyasının qırıcı və bombardımançı hərbi təyyarəsinin məhv edilməsi kimi təqdim edərək, öz HHM sisteminin effektivliyini nümayiş etdirməyə, necə deyərlər öyünməyə başladılar. Düşmən yalnız bir neçə gündən sonra necə biabırçılıqla aldandığını, hansı ağır fiaskoya uğradığını başa düşdü, lakin artıq gec idi – düşmənin hava hücumundan müdafiə sistemi tamamilə sıradan çıxarılmışdı, hava fəzasında isə Azərbaycan Silahlı Qüvvələrin uçuş vasitələri və PUA-ları hökmranlıq edirdi.

Hərb tariximizdə xüsusi yeri olan və son dərəcə uğurlu döyüş əməliyyatlarının şərəfinə DSX-nin Xüsusi Hava Əməliyyatları qüvvələrinin komandanlığının hərbi hissəsində AN-2 təyyarəsinə abidə ucaldılmışdır.

Amma təkcə “kukruznik” kimi tanıdığımız AN-2 təyyarəsinə yox, onları pilotsuz uçuş aparatlarına çevirərək, düşmənə ən ağır, sarsıdıcı zərbələr endirməklə böyük uğurların qazanılmasına səbəb olan bu ideyanın müəllifinə- DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevə də, sözün birbaşa mənasında  heykəl qoyulmalıdır. Məhz bu ideya nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri, qısa müddət ərzində sıradan çıxarıldı. Əgər elmdə kimsə böyük kəşflər edib, adlar, mükafatlar, titullar qazanırsa, bu ideyanın müəllifi DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev də böyük bir elmi kəşfə imza atıb və bu kəşf  eyni zamanda nəzəriyyədən təcrübəyə keçməklə, birbaşa döyüş meydanında sınaqdan çıxarılaraq, 44 günlük Vətən Müharibəsində, dünya hərb tarixinə düşən böyük bir uğur qazanıb.

 Ona görə də istifadəsiz, öz istismar müddətini çoxdan başa vurub, metalloma çevrilmiş “kukruznik”lərə yenidən “həyat” verərək, döyüşlərdə uğur qazanmağa səbəb olmuş və bu taktika ilə dünyaya səs salmış bu ideyanın müəllifi E.Quliyev ən yüksək adları, mükafatları və heykəl qoyulmasını haqq edir. Gəlin, biz şair Cabir Novruz demiş saglığında qiymət verək insanlara....

DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında 44 günlük Vətən savaşında döyüşən əsgərlərin, MAXE-lərin, gizirlərin, zabitlərin, generalların qəhrəmanlığı da yüksək qiymətləndirilmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən PUA-ların idarə edilməsinin komandiri general-leytenant Əfqan Nağıyev 44 günlük döyüşdə göstərdiyi peşəkarlığa, qəhrəmanlığa görə “Qarabağ” ordeni və digər medallarla təltif olunub. Eyni zamanda Sərhəd Qoşunlarının bir çox general, zabit və əsgərləri də ən ali mükafatlara, orden və medallara layiq görülüblər. Yeri gəlmişkən qeyd edim ki, Sərhəd Qoşunlarının “2-ci Qarabağ müharibəsində 4000-ə qədər əsgər, MAXE,  gizir, zabit və generallrı iştirak edib. Onlardan 47 nəfəri şəhid olub, 201 nəfəri qazidir. Sərhəddçilərimizdən 12 nəfəri, Vətənin ən ali mükafatına, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Amma öz yaradıcı ideyası ilə 44 günlük vətən savaşında qələbəni qazanılmasında böyük rolu olan E.Quliyev, mənim aldığım məlumata görə heç bir mükafata layiq görülməyib. Görünür E.Quliyev hələ 2011-ci ildə bu ideya barədə prezidentə məlubat verəndə müəllifinin özü olduğunu təvazökarlıq edərək bildirməyib. Amma çox nahaq. Hər kəs layiq olduğu qiyməti mütələq almalıdır və mən buna inanıram.

DSX-nin rəisi Elçin Quliyev və digər rəsmilər tərəfindən şəhid sərhəddçilərin ailələrinə, qazilərə, veteranlara ən yüksək səviyyədə qayğı və diqqət göstərilməsi barədə də məlumatımız var. Sərhəd Qoşunlarının giziri şəhid Xudayar Yusifzadə isə, ölümündən iki gün əvvəl oxuduğu təsniflə bütün Azərbaycan xalqının qəlbində əbədi taxt qurmuşdur...

Sərhəd Qoşunlarının tərkibində döyüş zamanı şəhid olanlara Allahdan rəhmət diləyirik. Qazilərə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirik, veteranlara isə uzun ömür diləyirik. İnanırıq ki, DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında sərhədlərimiz daha etibarlı qorunacaq, sərhədçilərimiz ayıq-sayıq olacaqlar və sərhəd pozucularına qarşı amansızlıqla mübarizə aparacaqlar. Bütün Sərhəd Qoşunlarının peşə bayramını-103 illiyini bir daha təbrik edirik.

Hazırladı: Elçin MƏMMƏDLİ

 ****

 Bu da “Təzadlar” qəzetinin 06.04.2021-ci il tarixli sayında Avstraliyanın məşhur hərbi jurnalının dərc etdiyi “Avstraliya mətbuatı Azərbaycanın Qarabağdakı döyüş təcrübəsindən yazdı” başlıqlı yazı:

Avstraliya mətbuatı Azərbaycanın Qarabağdakı döyüş təcrübəsindən yazdı

“Azərbaycan İHA kamikadzeləri taktikasının sadəliyi nəinki ermənilər tərəfindən tətbiq olunan müasir rus texnologiyasını aşa bildi, həm də daha ucuz idi”

...Azərbaycan ordusunun 44 günlük ildırım sürətli Vətən müharibəsində döyüş təcrübəsindən dünyanın ən inkişaf etmiş ölkələrindən olan Avstraliya mütəxəssislər də öyrənə biləcəklərindən yazır. Heç kimin ağlına gəlməzdi ki, ucuz, su qiymətinə başa gələn köhnə sovet “kukruznik”lərindən pilotsuz təyyarə düzəldib dünyanın ən “müasir” və çox bahalı “S-300”-lərini, “isgəndər”lərini bir göz qırpımında məhv edəsən. Fəxr edə bilərik: qəhrəman ordumuzun bu qeyri-adi döyüş təcrübəsi yalnız Avstraliya deyil, bütün dünya hərbşiləri, generalları, alimləri, tarixçiləri tərəfindən araşdırılır, öyrənilir, tətbiq edilir. Azərbaycanın Müdafiə Nazirliyi, hərbi məktəblərimiz bütün dünyaya elan versin, məktəb açsın, qəbul elan etsin, tələbələr alsın, oxutsun. Çox böyük uğur qazana bilərlər...

                                                           ***

Budur, Avstraliya kimi böyük bir ölkə texnoloqları da Azərbaycanın pilotsuz döyüş təcrübəsindən yaranlamaq barədə düşünür. “Təzadlar” ölkənin defenceconnect. com.au saytı(https://www.defenceconnect.com.au/key-enablers/7826-from-armenia-and-azerbaijan-what-can-australian-learn  elektron nəşri “HAVA MÜBARİZƏSİNİN GƏLƏCƏYİ” (“THE FUTURE OF AIR FİGHTING”) adlı məqalə dərc edib. Məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

 

“...Təəssüf ki, Avstraliya üçün biz yalnız say baxımından deyil, həm də texnologiya cəhətdən geridəyik. İndoneziya ilk silahlı PUA-larını 2019-cu ildə əldə etdi və Prezident JOKO Widodo artıq uzun mənzilli hərbi dronların yeli istehsalını 2022-ci ilə qədər sürətləndirmək istədiyini dilə gətirdi. Təkərlərimiz hərəkətdə olarkən rəqiblərimizdən geri qalırıq. Texnoloji və strateji dəyişiklik nisbəti Avstraliya kimi ölkələrə misilsiz bir fürsət verir. Həqiqətən də Avstraliya müasir müharibənin özünəməxsusluqlarını qətiyyətlə mənimsəyə bilər və düşmənlərimizə qalib gələ bilmədikləri məqamlarda belə sözümüzü deyə bilərik. Bu, bizi nümunəvi işimizə gətirir. Müasir hərbi nəzəriyyəçilər üçün texnologiyanın ənənəvi hərbi strategiyanı və adi döyüş taktikasını necə həyata keçirdiyini başa düşmək üçün Azərbaycan-Ermənistan münaqişəsinə baxmaq çox vacibdir. Polşanın  İkinci Dünya Müharibəsindəki süvari ittihamlarını xatırladan bir müharibə teatrında, Ermənistan ordusu və hava qüvvələri pilotsuz təyyarələrin dağıdıcı təsirini və müasir döyüşlərdə necə üz-üzə qaldıqlarını qiymətləndirməlidilər. Maraqlıdır ki, müharibənin başlanğıcında Azərbaycan Sovet dövründəki “kukruznik” adlandırılan AN-2 təyarələrini PUA-ya çevirdi və Ermənistanın hava müdafiəsi sistemlərinin yerini hədəfləmək, müəyyən etmək üçün yavaş-yavaş erməni hava məkanından da keçdilər. Daha sonra Azərbaycan PUA-ları bu erməni hava hücumundan müdafiə sistemlərini müəyyənləşdirib,  məhv edə bildilər. Müharibənin hər bir tərəfi əsl itkinin miqyasını etiraf etməsə də , “İsgəndər” raketindən müdafiə sistemlərindən birinin – nüfuzunun “NATO-nu qorxutduğu” bir sistemin intiharçı İHA tərəfindən məhv edildiyi bildirildi. Azərbaycanın İHA kamikadzeləri taktikasının sadəliyi nəinki ermənilər tərəfindən tətbiq olunan müasir rus texologiyasını aşa bildi, həm də daha ucuz idi. ABŞ-da yerləşən müdafiə agentliyi CNA-dan olan Michael Kofman, “pilotsuz təyyarələrin kiçik ölkələrə taktik aviasiya və həssas idarə olunan silahlara çox ucuz giriş təklif etdiyini, bu da rəqibinin tanklar və hava hücumundan müdafiə sistemlləri kimi daha bahalı avadanlıqlarını məhv etmələrini təmin etdiyini” yazırdı. Bu strategiya, keçən mart ayında Türk ordusunun Suriyanın İdilib Valiliyindəki “yüzlərlə rejim tankını, topçu silahını və zirehli maşınlarını” “ucuz, asan və açıq-aydın gözdən qaçırmayan” İHA-larla məhv etməsi zamanı da baş tutdu. Bu qarşıdurmalar 21-ci əsrin dəyişən müharibə xarakterini ciddi şəkildə nümayiş etdirir və Avstraliya hökumətini də ədəbi “dezavantajımızın” boşluğunu dolduracaq texnologiyaya investisiya qoymağa sövq etməlidir. İndi müharibə strategiya və texnologiya dəyişir, bunun üçün sürpriz yoxdur. Bununla yanaşı, ənənəvi döyüş qüvvələrində strategiya və texnologiyaların köhnəlmə dərəcəsi görünməmiş dərəcədə artır. Azərbaycan mənşəli pilotsuz təyyarə strategiyasının qüsursuzluğu və sadəliyi hərbi nəzəriyyəçilər tərəfindən ənənəvi müharibəyə ucuz və yeni texnologiyaların tətbiq edilməsinin qızıl standartı kimi öyrənilməlidir. Avstraliyanın düşmənlərinə qarşı məhz bu dərslərdən istifadə etməliyik...”

Təqdim etdi: Asif Mərzili

P.S. Redaksiyaya istinad linkini göndərən professor Saleh Məmmədova dərin təşəkkürümüzü bildiririk.

***

Bu isə həmin məqalənin orijinalı:

From Armenia and Azerbaijan, what can Australian learn?

31 MARCH 2021

By: Liam Garman

The nature of warfare is dynamic. It endlessly renews itself to overcome the challenges presented by different terrains, enemies, situations, ideologies and technologies.

Let’s focus on just one of these key areas: technological change. Put simply, the rate of technological change in the 21st century has created dozens of new axes of warfare, many of which are insurmountable by conventional fighting forces.

Barring the cyber and information spheres, there few examples of where technology counts more than in the air. Nowadays, air-fighting is on the brink of a once in a lifetime strategic and technological transformation due to the symbiosis of manned and unmanned aerial vehicles, including suicide craft.

In a conventional sense, this was arguably observed for the first time during the recent Azerbaijan-Armenia conflict, in which Armenia’s conventional fighting forces were challenged – and considerably overwhelmed – by the technologically superior Azeris.

Indeed, Armenia’s expensive conventional weaponry was simply unable to compete on a different military axis, and was thus beaten by cheaper and more replaceable Azeri UAVs. The lesson is simple: no matter how robust one’s conventional army may be, the rate of technological change ensures that units, hardware and strategies are being superseded at an increasing rate – and that it is imperative for modern militaries to diversify their portfolio of resources. So how can Australia learn from this case study?

Firstly, let’s compare the ADF to the military of one of our closest neighbours to provide some perspective. While Australia counts some 80,000 active and reserve defence force personnel, Indonesia (for the sake of comparison) has 400,000 active military personnel bolstered by 400,000 reservists. Meanwhile, Australia’s arsenal of 59 tanks pale in the face of Indonesia’s 300-500 (numbers vary due to source).

Unfortunately for Australia, we are not only numerically disadvantaged, but also technologically. Indonesia acquired their first armed UAVs in 2019, and President Joko Widodo has already expressed his desire to expedite the domestic production of long-range military drones to 2022. While our wheels are in motion, we lag behind our competitors.

The rate of technological and strategic change affords smaller countries like Australia with a unique opportunity. Indeed, where Australia is unable to compete in population – we are able to firmly grasp onto the idiosyncrasies of modern war – and oppose our adversaries on axes which they are not able to win on.

This brings us to our case study. It is crucial for modern military theorists to look at the Azerbaijan-Armenia conflict to glean an understanding of how technology is eclipsing traditional military strategy and the conventional fighting force. In a theatre of war which is almost reminiscent of the Polish cavalry charges of the Second World War, the Armenian army and air-force did not appreciate the devastating impact of drones or how they tie into modern warfare.

Interestingly, at the beginning of the conflict Azerbaijan converted Soviet-era aircraft into UAVs which they slowly flew over Armenian airspace in order to lure the Armenian air defence into contact. Azeri UAVs were then able to identify, engage and destroy these Armenian air defence systems.

While neither side of the conflict will confess to the true scale of losses, it was reported that one of the Iskander missile defence systems – a system whose reputation allegedly “scares NATO” – was destroyed by a suicide UAV. Not only was the simplicity of Azerbaijan’s UAV suicide tactics able to overcome the state-of-the-art Russian technology that was wielded by the Armenians, but it was also cheaper. Michael Kofman of the US based defence think tank CNA, noted that “drones offer small countries very cheap access to tactical aviation and precision guided weapons, enabling them to destroy an opponent’s much-costlier equipment such as tanks and air defense systems.”

This strategy was also seen last March when the Turkish military destroyed “hundreds of regime tanks, artillery pieces and armoured vehicles” in Syria’s Idlib Provence with UAVs that are “cheap, easy to make and clearly don’t miss”. These conflicts emphatically demonstrate the 21st century's changing nature of war, and should encourage the Commonwealth Government to invest in technology that closes the gap of our numerical disadvantage.

Strategies and technology in war change, there are no surprises in this. However, the rate at which strategies and technologies are becoming obsolete in conventional fighting forces is growing at an unprecedented rate. The seamlessness and simplicity of the Azeri drone strategy should be studied by military theorists as the gold-standard of employing cheap and new technologies into conventional war. We must employ these lessons to reverse Australia’s numerical disadvantage against her adversaries.

***

Yaşasın Azərbaycan Ordusu!

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır).

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA