Rəsmi Moskva Çeçenistan lideri Ramzan Kadırovun mümkün istefası ilə bağlı məlumatları görüb, lakin bu hələ baş tutmayıb.

Tezadlar.az Ria-Novostiyə istinadla bildirir ki! bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Sitat: 

“Doğrudan da biz bu məlumatları gördük, amma deyək ki, indiyə qədər düzgün başa düşdümsə, bu məlumatlar heç bir şəkildə reallaşmayıb. Hələlik biz onun Çeçenistan Respublikasına rəhbərlik etməyə davam etdiyindən çıxış edirik”-deyə, o bildirib.

Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov vəzifəsini tərk edə bilər.

Lakin Rusiya mediası hələki Kadırovun istefa vermə səbəbini açıqlamayıb. Kadırov özü də bu barədə dəqiq söz deməyib. Amma Rusiyanın Ukrayna ilə müharibə etdiyi bir vaxtda bu istefa çoxsaylı suallar doğurur.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN