booked.net booked.net  

Xəbər verildiyi kimi, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Düşmən əks hücumla layiqli cavabını alıb. Artıq beynəlxalq qurumlar Ermənistanın bu təxribatlarından xəbərdardır, dünya mediasına məlumatlar ötürülməkdədir.

"Təzadlar"ın baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzilinin Ermənistanın təxribatı və itkiləri barədə xəbəri Türkiyənin tanınmış Anadoluyakasihaber.com saytında yayımlanıb (https://anadoluyakasihaber.com/erm%c9%99nil%c9%99r-%c9%99m%c9%99liyyat-meydaninda-200-%c9%99-yaxin-meyit-qoyub-qacdi-t%c9%99cili.html). "" başlıqlı yazıda deyilir: "Ermənistan ordusu bir daha təxribatının acı nəticəsini daddı... "Təzadlar"ın hərbi ekspertlərin qənaətlərinə və bəzi məlumatlarına istinadla verdiyi məlumata görə, düşmənin itkiləri 200 (150-200) nəfərə çatıb. Yarım milyard dollarlıq hərbi texnika və hərbi sursat gorbagor edilib...  Azərbaycan ordusunun keçirdiyi əməliyyatın adı isə “Qətiyyətli cavab” adlandırılır. Hərbi ekspert Ədalət Verdiyevin bildirdiyinə görə, Laçın və Kəlbəcər istiqamətində Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla partladılıb. Və  Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da atəş nəzarətinə götürülüb... Bax belə... İndi Paşinyan ordusunu qızışdırıb qırğına verənlər olmayan papaqlarını qarşılarına qoyub fikirləşsinlər ki, niyə belə oldu???".

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN