Rusiya Federasiyası Silahlı Qüvvələrinin “İsgəndər” operativ-taktiki raket kompleksinin ekipajı Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində yerləşən briqadasının komanda məntəqəsini, sursat anbarını və 50-yə yaxın hərbi qulluqçusunu tamamilə məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin “İsgəndər” OTRK-nın ekipajı zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 302-ci zenit-raket briqadasının komanda məntəqəsinin əvvəllər kəşfiyyat etdiyi yerə zərbələr endirib. Zərbə nəticəsində briqada komandanlığı məntəqəsi, sursat anbarı və Ukrayna Silahlı Qüvvələrinin 50-yə yaxın şəxsi heyəti tamamilə məhv edilib”, - deyə məlumatda bildirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN