Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə trend məlumat yayıb.

Agentliyin əldə etdiyi məlumata görə, Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə yaşayış binalarının söküntüsünə başlanılacaq.

Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir premium tipli binaların inşası nəzərdə tutulur.

Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq bağçası, futbol meydançası və s. planlaşdırılır.

Yaxın günlərdə söküntünün başlanılacağı ərazidən görüntüləri təqdim edirik:

3

3

3

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN