Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakının, necə deyərlər, "keçəl başında dəlləklik" layihələrindən daim xəbər veririk...

Parklamadan tutmuş, həyətlərin şlaqbaumlaşdırılmasl kimi əcaib faktlar hər kəsə bəllidir... İndi bunlara biri də əlavə olunub: velosiped zolaqları!
"Təzadlar"a daxil olan sürücü şikayəti əsasında bu gün Bakının Bülbül prospektində olduq... Yəqinki Heydər Əliyev Sarayının qarşısından metronun "Sahil" stansiyası istiqamətinə doğru hərəkət edənlər bu küçədəki tıxaclardan xəbərdardır. İndi AYNA onsuz da nəqliyyat sıxlığına tab gətirməyən bu 4 zolaqlı küçənin bir zolağını da velosiped üçün ayırıb. 

Təsəvvür edin, velosipedin hərəkəti üçün eni bir metr olan zolaq yəqinki bəs edər. Amma AYNA ürək genişliyi edib və bu zolağı avtobuslar üçün nəzərdə tutulmuş zolaqlar enində sərhədləşdirib.

"Təzadlar"ın reportyor qrupu H.Əliyev Sarayının qarşısında təxminən 40 dəqiqə müşahidə apardı, velosiped zolağına bir velosipedçinin belə daxil olduğuna rast gəlmədik. Zolaq isə bomboş idi... 

Sual olunur: onsuz da tıxac əlindən canı boğazına yığılmış paytaxtın ən işlək və nəqliyyat sıxlığı olan Bülbül prospektini bu hala gətirməkdə, avtomobilləri 3 zolağa (biri avtobus üçündür) doluşdurmaqda məqsəd nədir???

A.Məmmədli

26b9df4d-60d8-4e64-a24c-54d4f0947462

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN