Bu gün Quliyev Novruz Mahmud oğlunun nəşinin qalıqlarının 32 ildən sonra Füzuli rayonundakı dəfn mərasimində iştirak etdik.
TEZADLAR.AZ xəbər verir ki. bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
O, diqqətə çatdırıb ki, mərasimdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediB.
Onun nəşi Vətən müharibəsində qazanılan qələbədən sonra Edilli kəndində kütləvi məzarlıqda aşkarlanmışdır.
Şəhid Novruz Quliyevin nəşi Füzuli sakinləri tərəfindən izdihamla qarşılandı və ailəsinin yaşadığı fin tipli qəsəbəyə gətirildi. Şəhidlə vida mərasimi keçirildi və cənazə namazı qılındı.
Daha sonra şəhidin nəşi Bala Bəhmənli kənd məzarlığıda dəfn olundu. Şəhidlərimizin ruhuna dualar oxundu və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirildi.
Allah bütün şəhidlərimizə rəhmət etsin", - deyə Vüqar Bayramov qeyd edib.
JASMİN