Nəhayət, Belarus Prezidenti Aleksandr Lukaşenko da Ermənistanın Baş naziri Nikol Paşinyana səsləndi...

Belə ki, Lukaşenko Paşinyanın iştirak etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan-Ermənistan arasındakı gərginlikdən danışıb. Tezadlar.az "Belorus həqiqətləri"nə istinadla xəbər verir ki, onun çıxışı  “Pul Pervoqo” teleqram kanalında yayımlanıb. Lukaşenko hər iki ölkəni dost ölkə adlandırıb və bütün məsələləri Azərbaycanın hazırkı rəhbərliyi ilə həll etməyə çağırıb. Dövlət başçısı Azərbaycanı və KTMT üzvü olan Ermənistanı dost ölkələr hesab edir və bəyan edib ki, KTMT üzvlərinə və Azərbaycana qarşı çıxmaq mümkün deyil: Sitat: "Məsələ çox həssas və kövrəkdir. Məsələ sadəcə bir tərəfdən KTMT-nin, digər tərəfdən isə Azərbaycanın olması deyil. Bunlar bizim iki dost ölkəmizdir. Bəli, onlar həqiqətən bir dövlətdə idilər. Amma bundan da çox, biz MDB-nin üzvüyük. Azərbaycan və Ermənistanla birlikdə. Bizə yaxın olan pravoslav Ermənistanla və bizə çox yaxın olan müsəlman Azərbaycan dövləti ilə çox sıx əlaqələrimiz var. Bu, KTMT-nin digər üzvləri, o cümlədən 30 milyon müsəlmanın olduğu Rusiya Federasiyası üçün xüsusilə həssasdır. Yəni bütün nüanslar, bütün amillər nəzərə alınmalıdır”.

Hələki Paşinyan komandasından Lukaşenkonun bu çağırışına və çıxışına reaksiya verilməyib.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN