Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC 2021-ci ili 83,496 milyon manat xalis mənfəətlə başa vurub...

Bu sözlər report.az İA-nın məlumatındandır və agentlik bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir. Sitat: "Ötən il "Azərkontrakt"ın təbii qaz satışından gəlirləri 1 200,044 milyon manat,satışının maya dəyəri 1 025,814 milyon manat, nəqletmə xərcləri 59,393 milyon manat, qazın yeraltı anbarlara vurulması xərcləri 15,417 milyon manat, anbarlardakı itkilərə görə zərəri 5,667 milyon manat, anbarlardan qazın götürülməsi xərcləri 4,024 milyon manat, magistral xətlərdəki itkilərə görə zərəri 3,608 milyon manat, tranzit xərcləri 3,116 milyon manat, texnoloji sərfiyyat xərcləri 3,077 milyon manat, qaz nəqlindən gəlirləri 25,623 milyon manat, faiz xərcləri 0,745 milyon manat, digər xərcləri 0,435 milyon manat, mənfəət vergisi ödəmələri isə 20,874 milyon manat təşkil edib. Bu il yanvarın 1-nə "Azərkontrakt"ın aktivləri 358,377 milyon manat olub ki, bu da illik müqayisədə təxminən 8 min dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri də təxminən 8 min dəfə artaraq 274,873 milyon manata, balans kapitalı isə təxminən 9 min dəfə artaraq 83,505 milyon manata çatıb. "Azərkontrakt" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,539 milyon manatdır. Səhmdar cəmiyyəti 2 ildir ki, ölkədə təbii qazın istehsalçılardan satın alınması, nəqli, ölkə daxilində paylanması və istehlakçılara satışnın təşkil edilməsi ilə məşğuldur".

Birdən yadımıza düşdü ki, bu yaxınlarda "Təzadlar"da Korporasiyanın tabeliyində olan "Azərmetal" Bazasının kollektivinin Prezident İlham Əliyevə video və yazılı müraciəti yayımlanıb. Kollektivin rəhbərliyi müraciətində bildirir ki, 1997-ci ildə Material Ehtiyatları və Ticarət nazirliklərinin bazasında yaradılan Korporasiya yarandığı gündən fəaliyyətsiz olub. Korporasiyanın tabeliyində olmuş onlarla müəssisə və bazalar isə rəhbərlik tərəfindən kimə gəldi satılıb. Korparisa əsl ticarət bazasını xatırladıb, torpaq sahələri, əmlaklar, nəqliyyat vasitələri satılıb-sovrulub və s. Minlərlə işçilər isə əmək haqqı almadığından baş götürüb gedib, bir çoxu imkansızlıqdan bezib xəstələnib, ölüb... Əgər report.az-ın məlumatı doğrudursa, niyə onda işçilər on illərdir əmək haqqı ala bilmir və ya onların əmək haqqı borcları qaytarılmır???

Həmin yazını aşağıda təqdim edirik. Özünüz nəticə çıxarın. 

Elçin Məmmədli

https://tezadlar.az/index.php/en/agenda/13866-azkontrakt-in-az-rmetal-topdansatis-bazasinin-torpaq-sah-si-ni-satib-sovuranlar

https://tezadlar.az/index.php/en/agenda/13900-azkontrakt-da-gorunm-mi-s-qanunsuz-m-ll-ri-n-sayi-hesabi-yoxdur

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN