Uşaqlar növbəti dəfə bölücü terror təşkilatı PKK/YPG-nin hədəfində...

Suriyada mülki şəxslərə qarşı hüquq pozuntularını sənədləşdirən Suriya İnsan Haqları Şəbəkəsi terror təşkilatı PKK/YPG-nin Hələbdə növbəti dəfə bir qızı oğurladığını açıqlayıb.

Bildirilib ki, terror təşkilatı 14 yaşlı qızı silahlı heyətinə qatmaq üçün onu ailəsindən alıb.

TEZADLAR.AZ xəbər verir ki, PKK/YPG illərdir dünyanın gözü qarşısında bu cinayəti törədir.

Dekabr ayında təşkilat Tel Rifat və Mənbicdə 15 yaşlı iki uşağı oğurlayıb.

Terror təşkilatı oğurladığı gəncləri və uşaqları silahlı təlim vermək və terror fəaliyyətlərində istifadə etmək üçün düşərgələrə aparır.

Təşkilatın uşaqlara qarşı törətdiyi cinayətlər çox vaxt beynəlxalq təşkilatların hesabatlarında yer alır.

BMT-nin “2021 Uşaq və Silahlı Münaqişələr” hesabatına görə, terror təşkilatı PKK/YPG ötən il 221 uşağı oğurlayıb, 18 uşağı qətlə yetirib.

TRT

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN