“Rusiya Federasiyası, ilk növbədə, üçtərəfli əsasda əldə edilmiş razılaşmaları yerinə yetirməklə, vasitəçilik səylərini davam etdirir və davam etdirmək niyyətindədir”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

 Peskov  qeyd edib ki, Kreml Laçın dəhlizindəki vəziyyətdən narahatdır. O, eyni zamanda əlavə edib ki, Rusiya həm Azərbaycan, həm də Ermənistanla təmasda öz işini və səylərini davam etdirəcək.

 "Biz həqiqətən də Laçın dəhlizi ətrafında yaranmış gərginlikdən narahatıq və Rusiya tərəfi həm İrəvan, həm də Bakı ilə öz işini və səylərini davam etdirəcək", - deyə diqqətə çatdırıb

 Peskov bir müddət əvvəl Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsi ideyası ilə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərək vurğulayıb ki,  Azərbaycanın buna razılığı olmalıdır.

Xatırladaq ki, bu günlərdə “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı siyasi analitik İqor Korotçenko mətbuatda verdiyi açıqlamada bildiribi ki,  İrəvan siyasi cəhətdən qeyri-münasib davranış nümayiş etdirir və Qərb ölkələrinə arxalanmağa çalışır.

"Biz Qərbin xüsusi xidmət orqanlarının rəhbərlərinin - Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ – ABŞ) direktoru və Mİ6-nın direktorunun Ermənistana səfərlərinin şahidi oluruq. Bu cür səfərlər təsadüfi deyil, Ermənistanı Moskva da daxil olmaqla bərabər məsafə nümayiş etdirməyə sövq etmək üçün Qərbin təsir mərkəzləri ilə İrəvan arasında hansısa koordinasiya xətti hazırlanıb”,  - deyib.

Siyasətçi qeyd edib ki, Ermənistan Fransa, ATƏT və Aİ-nin monitorinq missiyası kimi deskruktiv qüvvələri oyuna cəlb etməyə çalışır.

"Biz  İrəvanın daha çox və tez-tez  xarici hərbi kontingentin regiona daxil olmaq çağırışlarını görürük. Bu, artıq həm Ermənistanın siyasi isteblişmentində, həm də erməni politoloqlarının çevrələrində müzakirə olunur – təhlükəli tendensiya, bundan yaxşı heç nə olmayacaq, ancaq İrəvanın dağıdıcı davranış və Azərbaycanla yeni müharibəyə təhrik etmək ambisiyalarını gücləndirir”, - deyə İqor Korotçenko vurğulayıb.

JASMİN

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN