Bu gün ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin birgə əməkdaşlığı çərçivəsində jurnalistlər üçün keçirilən «Media Mnecment» kursu müvəffəqiyyətlə başa vuruldu...

Beləliklə, Yeni İl və Dünya Azərbaycanlılarının 31 dekabr Həmrəylik Günü bayramları əpəfəsində ADA ilə MEDİA jurnalistlərə sürprizlər etdi. Belə ki, kursu müvəffəqiyyətlə başa vurmuş jurnalistlərə Sertifikatlar təqdim olundu.

Tədbiri açan ADA Universitetinin prorektoru cənab Fərid İsmayılzadə Yeni İl ərəfəsində baş tutan bu işgüzar görüşü yüksək qiymətləndirdi. Natiq MEDİA ilə əməkdaşlıqdan məmnun olduqlarını, bu əməkdaşlığın getdikcə çoxşaxəli xarakter aldığını bildirərək, sonra ADA Universitetinin rektoru cənab Hafiz Paşayevin salamlarını çatdıraraq jurnalistlərin qarşıdan gələn Yeni il bayramı və az sonra təqdim ediləcək Sertifikatları münasibətilə təbrik etdi.

 Daha sonra MEDİA-nın rəhbəri cənab Əhməd İsmayılov çıxış etdi. Ə.İsmayılov ADA Universiteti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirərək, Universitetin bütün işgüzar heyətinə, şəxsən rektor cənab Hafiz Paşayevə dərin təşəkkürünü çatdırdı.

Tədbirdə jurnalistlər adından çıxış edən «Təzadlar» qəzetinin baş redaktoru və eyni adlı saytın təsisçisi, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili özünün də iştirak etdiyi ikigünlük təlimdən böyük fayda götürdüklərini, bu fürsətə görə ADA Universitetin rəhbərliyinə, şəxsən cənab Hafiz Paşayevə, həmçinin birgə əməkdaşlığın təşəbbüskarlarından olan MEDİA-nın rəhbəri Əhməd İsmayılova minnətdarlığını çatdırdı.

 Asif Mərzili kursun rəhbəri, Litvadan olan beynəlxalq statuslu ekspert xanım Ornela Ramasauskaite-yə də xüsusi təşəkkürünü çatdırdı: «...Ornela xanım dünən saytımıza və eyni adlı internet televiziyamıza müsahibə verərkən belə bir maraqlı fikir söylədi. Dedi ki, mən Şuşada olanda erməni vandalizminin şahidi oldum. Adətən heç bir xalq, millət, ölkə... özününü olanını dağıtmır, əksinə, bərpa edir, yenidən qurur...  Ermənilər isə Füzulidə, Şuşada… hər şeyi darmadağın edib. Bu isə o deməkdir ki, Qarabağ Azərbaycanındır, heç vaxt Ermənistanın olmayıb, ola da bilməz!», -deyən A.Mərzili fürsətdən istifadə edərək xanım Ornela Ramasauskaite-yə bu ədalətli mövqeyinə görə təşəkkürünü çatdırdı (Qeyd olunan müsahibə TTV-də (tezadlar TV) dünən axşam buraxılışında canlı olaraq yayımlanıb).

Sonra jurnalistlərə alqış sədaları altında Sertifikatlar təqdim edildi.

JASMİN




Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN