"Gürcüstan Bank"ı 200-dək Rusiya vətəndaşının bank hesabının bağlanılması ilə bağlı yayılan iddialara cavab verib.

Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, Bank bu addımın konkret ölkə vətəndaşlarına qarşı atılmadığını bildirib. Mətbuata verilən açıqlamada qeyd edilir ki, bu barədə qərar vətəndaşlığa görə atılmayıb. Bu addım müəyyən risklər daşıyan hesablarla bağlı atılıb. Bundan əlavə bildirilir ki, Gürcüstan qanunvericiliyi banklara hər hansı bir izahat vermədən müştəriyə xidmət göstərməkdən imtina etmək və ya hesabını bağlamaq hüququ verir.

Bir müddət öncə "Gürcüstan Bank"nın Rusiya və Belarus vətəndaşlarının hesablarını bağladığı barədə məlumatlar yayılmışdır. Gürcüstanda hesab edirlər ki, Rusiyadan Gürcüstana kütləvi köç edənlər ölkənin maliyyə bazarına ciddi problemlər yaşada bilər.

A.Məmmədli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN