Naxçıvanda yerləşən və Vasif Talıbova məxsus "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədlər qeyb olub, göylərə çəkilib... 

Tezadlar.az bildirir ki, bu barədə yerli mediada məlumatlar paylaşılmaqdadır. Və maraqlıdır ki, adı çəkilən şirkətin rəhbərliyi aidiyyəti dövlət qurumlarına məktubla müraciət edib. Məlum olur ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb. Hansı ki, "Gəmiqaya Şirkəti" MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğunu bölgədə və ölkədə orta məktəb şagirdi də bilir.

 Adının çəkilməsini istəməyən mənbə isə bildirir ki, bu oyunbazlıq artıq çoxdan sınaqdan çıxarılmaqdadır. Hansısa MMC-nin fəaliyyətində qanunsuzluq ortaya çıxırsa, dərhal rəhbərlik guya hansısa sənədlərin itdiyini əsas gətirərək elan verir. Konkret halda da belə bir fakt şübhə doğurmur. "Görünür, Vasif Talıbovun dönəmində fəaliyyətində nəzarətsizlik hökm sürən şirkətin indiyədək olan rəhbərliyi izi itirmək və rəhbər dəyişikliyi etmək üçün bu addımı atıb...", -deyə mənbə "Təzadlar"a bildirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN