Ukrayna Prezidenti Volodimir Zelenski Milad bayramı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməsi təklifinə sərt cavab verib...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Zelenski “Telegram” kanalında çıxış edib. Zelenskinin bəyan etdiyi çıxışına görə, Rusiya atəşkəslə yeni işğala yol açır: “Bu addımla Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını gizlədə bilməyəcək”.

Zelenski hesab edir ki, Rusiya atəşkəsdən istifadə edərək təmas xəttində mövqeyini möhkəmləndirəcək.

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Milad bayramı ilə əlaqədar Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN