Nəhayət, neçə ildən sonra Bakıya qar yağdı, küşələr ağ örpəyə büründü, yollar buz bağladı...

Lakin qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Ən vacibi, qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Şuşa-Xankəndi yolundakı ekofəalların etiraz aksiyası davam edir. 

Qeyd edək ki, yanvarın 8-dən Bakıya qar yağır. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.

Bütün hallarda, qar həm kənd təsərrüfatına, həm də bəzi xəstəliklərin daşıyıcısı olan virusların məhvində əsas rol oynayandır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN