9 noyabr Xalq şairi Zəlimxan Yaqubun anım günüdür.

Tezadlar.az xatırladır ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində anadan olub. O, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. İctimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. Xalq şairi 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. O, Bakıda I Fəxri Xiyabanda dəfn edilib.

***

Xalq şairi Zəlimxan Yaqub "Təzadlar"ın redaksiyasını həmişə doğma ünvanı bilərək tez-tez qonağımız olardı... O, maraqlı söhbət və xatirələri ilə yaddaşımızdadır. 

Bir dəfə redaksiyaya gəlmişdi, əməkdaşımız Elçin Məmmədli ondan müsahibə götürməli idi. Şair deputat olduğundan həmin gün Milli Məclisdə saat 12-də başlayacaq hansısa iclasa çatmalı idi deyə, biz onu tələsdirirdik ki, müsahibəni tez götürək, qaçaraq alınmasın. Şair isə müsahibədə toxunacağı mövzu ətrafında hələki elə-belə ayaqüstü söhbət edirdi. Baxdım ki, iclasa yarım saat qalıb, müsahibə isə hələ başlamayıb, dedim, şair, iclas neçədədir?

Gülümsəyib: -Saat 12-dədir...-dedi...

Ani olaraq saatına baxdı, gülərək dedi, "Birdən vaxtınızı alaram haaa...

Mən də zarafatla: -Yox şair, nə danışırsız?! Siz bizim yox, öz vaxtınızı alırsınız...

Söz adamı idi, dərhal vəziyyəti qiymətləndirib müsahibəyə keçdi...

İstəkli şairi hörmətlə anır ona Allahdan rəhmət diləyirik! 

Asif Mərzili

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN