…Atatürk vəfat etdikdən sonra Atatürksüz yetim qalan Türkiyədən Ərdoğan hakimiyyətə gələnə qədər ABŞ və Avropa dövlətlərinin Türkiyəyə münasibəti Afrikadakı müstəmləkələrdən bir o qədər də fərqlənməyib.

Bu dönəmdə Ecevitin Şimali Kiprə qoşun yeridərək Kiprin türk əhalisinin Avropa və ABŞ-ın susqun müşayiəti altında, yunanlar tərəfindən qətliam etməsini bir qədər gec olsa da dayandırmasını və Ozalın zəhərlənib öldürülməsinə səbəb olan Türkiyə iqtisadiyyatını, ictimai inkişaf səmtini müasir istiqamətlərə yönəltmə cəhdini nəzərə almasaq, Avropa, xüsusilə ABŞ Türkiyədən ancaq müstəmləkə statusunda istifadə etmişlər. Onlar Türkiyəni iqtisadi, elmi-texniki inkişafdan kənar saxlamaqla bərabər, bir tərəfdən Rusiyanın, digər tərəfdən NATO ölkələrinin yaradıb, dəstəkləyərək silahlandırdıqları müxtəlif kürd qruplaşmalarından daim lokal hərbi təzyiq altında saxlamaq üçün istifadə etmişlər.

 1925-ci ildə ingilislərin vasitəsilə hərbi çevriliş edib, Qacar yurduna yiyələnib, islam inqilabına qədər rəsmən ingilislərin, 1978-ci ildən bu günədək isə Rusiya və Fransanın vasitəsilə hakimiyyəti ələ alan mollalar rəsmən rusların və fransızların himayəsində olsalar da, ermənilər kimi həm əri, həm oynaşı olmaq xislətinə malik olan farslar təkcə Türkiyəyə deyil, bütün türklərə qarşı edilən düşmənçilik prossesində daim Avropa, ABŞ, Rusiya və digər türk düşmənləri ilə sıx əməkdaşlıq etmişlər. SSRİ dönəmində SSRİ-nin tərkibində olan türk respublikalarına, hətta milliyyət etibarilə fars olan taciklərə belə iddialarını, ancaq mədəni, ədəbi sahələrdə lokal çərçivədə və hərdən bir nümayiş etdirsə də, hələ I Pyotrun dövründən isti sulara birbaşa çıxmaq üçün “İranı” tərkibinə qatmaq iddiasında olan rus imperiyası öz mənafeyi xatirinə buna yol verməsə də, farsları ABŞ-ın nəzarətindən çıxarmaq xatirinə farslara ciddi təpki də göstərməmişdir. Məsələn, Zaur Əliyevin bu yaxınlarda mətbuatda yayımlanmış “Nizami Gəncəviyə uzanan əllər” məqaləsində göstərilən “Amerika tarixçisi Lev Siyozkin 1934-cü ildə SSRİ yazıçılar birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırmasından sonra İran dəfələrlə Stalinə məktub yazmışdır. İran Nizaminin İran şairi kimi adlandırılmasını tələb etmişdir. Bu fakt  fars şovinizminin türklərə, o cümlədən Şimali Azərbaycan türklərinə açıq düşmənçiliyinin tarixi Azərbaycanın işğalçı Ermənistan üzərində 44 günlük müharibəsinin sonundakı qələbəsindən sonra deyil, əslində, 1925-ci ildə ingilislərin köməyilə edilən hərbi çevriliş nəticəsində, şovinist fars mehtərbaşı Rza Pəhləvinin Qacar yurdunda hakimiyyətə gətirildiyi gündən də əvvəl, türkə gizli düşmənçiliyi isə ən azı farsların, fars dili və şiə təriqətinin türk şahlarına sırıdıqları dövrdən başlandığını sübut edir.

 «Türkiyədə Ərdoğan hakimiyyətə gələnə qədər Qərb alyansı Türkiyəni, farslar Qacar yurdunu, Rusiya dünya türklərinin həm əhali, həm də ərazi baxımından ən böyük hissəsini müstəmləkə olaraq öz əsarətində saxlamışlar…»

  I Pyotrdan sonra almanlar rus ad və soyadları altında Rusiya taxtı-tacında oturtduqları çarların vasitəsilə Osmanlıya və Qacar türk dövlətlərinə qarşı apardığı böyük müharibələrlə, bu türk dövlətlərini əhəmiyyətli dərəcədə gücdən saldıqdan sonra I Dünya müharibəsində Osmanlıya qarşı təşkil etdikləri səlib müharibəsində, əlavə olaraq ölkə daxilində təşkilatlandırıb  silahlandıraraq ermənilər vasitəsilə 15 aprel 1924-cü ildə hərbi çevriliş etmişdir. Bununla da bu türk dövlətini bu günə mövcud olan sərhədlərdə erməni dövlətinə çevirmək məqsədləri baş tutmasa da, 1925-ci ildə hərbi çevriliş vasitəsilə Qacar yurdunu fars dövlətinə çevirməklə XX əsrdə mövcud olan iki türk imperiyasının mövcudduğuna son qoya bildilər. Son yüz il ərzində Türkiyədə Ərdoğan hakimiyyətə gələnə qədər Qərb alyansı Türkiyəni, farslar Qacar yurdunu, Rusiya dünya türklərinin həm əhali, həm də ərazi baxımından ən böyük hissəsini müstəmləkə olaraq öz əsarətində saxlamışlar. 31 il öncə SSRİ dağıldıqdan sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan felən müstəqillik əldə etməsinə baxmayaraq, bu günə qədər ayrı-ayrılıqda onlardan güclü olan Rus imperiyasının hərbi, iqtisadi, siyasi, diplomatik və s. sahələrindəki güclü təzyiqlərindən hələ də yaxa qurtara bilmirlər. Son 98 il ərzində 53 il şovinist fars Pəhləvi sülaləsinin, 45 ilə yaxın isə şovinist fars molla rejiminin Qacar yurdunda türk milli mənliyinə son qoyulmasını hədəfləyən, bəşər tarixində ən vəhşi üsullarla qətliama məruz qoyulan türk toplumu, bu gün də milli azadlıq uğrunda çoxsaylı şəhidlərinin, zindanlarda vəhşi işgəncələrə məruz qalan övladlarının olmasına baxmayaraq, mücadiləni davam etdirməkdədir.

Türk düşmənlərinin ayrı-ayrı türk toplumlarına qarşı törətdikləri cinayətlər, təpkilər müxtəlif bəhanə, şüarlar və üsullarla aparılsa da, bunların yekun məqsədi, hədəfi türk millətini əsarət altına alaraq milli sərvətlərini talan edib, özlərini bir millət olaraq məhv etməkdən ibarətdir.

1915-ci ildə Osmanlı üzərinə səlib müharibəsi təşkil edənlər bu gün də artıq türk mənliyinə, türklərin müstəqilliyinə qarşı səlib müharibəsi aparmaqdadır. Düzdür, bu müharibə bu gün hələlik özünü hər yerdə birbaşa hərbi toqquşmada biruzə verməsə də, müharibə hərbi müdaxilədən heç də az təhlükəli olmayan üsul və vasitələrlə aparılır. Səlibçilər bu müharibəni bu gün öz müstəqilliyini bütün sahələrdə daha çox sərgiləyən Ərdoğan Türkiyəsinə və öz ərazi bütövlüyünü inadla qoruyan Şimali Azərbaycan Türk dövlətinə qarşı yönəltmişlər.

 Bundan başqa da, Türkiyə və Azərbaycan dueti DÜNYA TÜRK BİRLİYİ prosesinin əsas təşkilatçıları olmaqla bərabər, dünya türk birliyinin ərazi etibarilə bütövlüyünü təmin edə biləcək əsas amildir. Türkiyədə Ərdoğanın hakimiyyətə gəlməsi ilə, ilk növbədə Qərbin Türkiyəni yarımmüstəmləkə halından müstəmləkə halına gətirərək, Türkiyənin bir hissəsində kürd dövləti yaratmaqla, türk dünyasının bir daha dirçəlmək ümidinə belə son qoyulmasının qarşısı alınmış oldu.

Ərdoğan və onun komandası Qərbin və Rusiyanın silahlandıraraq ölkəni daim terrora məruz qoyan kürd qruplaşmalarını nəinki ölkənin içərisindən çıxardı, hətta İraqda, Suriyada, İranda Türkiyə ilə bilavasitə sərhəddə məskunlaşıb, daim ölkəyə silahlı hücumlar təşkil etmək imkanından məhrum etdi. Eləcə də ölkənin sərhəddindən uzaqlaşdıra bildi. Ərdoğan dünyanın əsas güc mərkəzləri tərəfindən təşkil edilən daxili terror, silahlı basqınlarla eyni zamanda ABŞ-ın uzun illər ərzində ölkədə şəbəkələndirib, himayə etdiyi FETO vasitəsilə öz nökəri Fətullah Güləni hakimiyyətə gətirib, Türkiyəni öz müstəmləkəsinə çevirməsinin də qarşısını ala bildi. Bütün bu gərginlik və təpkilərin fonunda Ərdoğan və komandası ölkənin hərbi sənayesinin inkişafında inqilab edilərək, Türk silahının dünya çapında görkəmli mövqeyə çıxmasına, ölkədə strateji əhəmiyyət daşıyan qaz yataqlarının kəşf edilərək onların işlənilməsini təmin etməkdə israrlıdır. Türkiyəyə daim düşmən münasibəti sərgiləyən, bugünkü dünya üçün həlledici strateji əhəmiyyət kəsb edən iri neft-qaz ehtiyatlarının sahibləri, onların ixracatçıları olan ərəb ölkələri ilə isti münasibətlər yaratmaqla bərabər, hidrokarbogenlərin istehsalı və satışı üzrə onlarla bir sıra müqavilələr bağlayaraq, onlarla Türkiyənin münasibətlərini müttəfiqlik səviyyəsinə qədər yüksəltmək, dünya ağalığı iddiasında olan Rusiya ilə Ukrayna arasındakı müharibədə Ukrayna ilə tərəf olan Avropa, ABŞ arasında vasitəçi, əslində isə Türkiyəni arbitr statusuna çatdıran, son günlərdə ölkədə miqyas etibarilə indiyədək görünməmiş dağıdıcı zəlzələdə RƏCƏP TAYIP ƏRDOĞAN fenomeni sayəsində türkün bu fəlakətinə, başda AZƏRBAYCAN RESPUBLİKASININ PRezidenti İlham Əliyev  və Azərbaycan xalqı olmaqla,  bütün dünya türklərinin və başqa milli dövlətlərinin anında reaksiya verərək köməyə gəlməsi, Türkiyə də daxil olmaqla bütün dünya türklərinin milli, dövlət həmrəyliyi, birliyi və azadlığının QARANTI olacaq TURAN-ın bünövrəsi olan, TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ əsas memarı olması, XX və XXI əsr dünya türkləri tarixində Ərdoğanı bütövlükdə türk millətinin II Atatürkünə çevirmişdir. Bu gün ƏRDOĞANIN bütün dünya türklərinin LİDERİ olduğunu türk düşmənlərinin və onların ucuz “demokratiya” və s. sərsəmləmələri, pərdələnmiş yalanları vasitəsilə danmaq mümkün deyil. MƏHZ buna görədir ki, Qərbin “saman altından su yeridib”, məqamı gələndə türkün kürəyinə neştər sancan ermənilər və saxta “demokratiya” şüarı ilə Qərb üçün avtafa daşımaqla hakimiyyətə sahiblənmək istəyənlər, Ərdoğanın və komandasının illərlə fədakar səyi nəticəsində Türkiyə üçün yaratdığı inkişaf və türkün həm millət, həm də dövlət olaraq nəhənglənməsi prossesini parçalayaraq, təkcə Türkiyəni deyil, bütün dünya türklərinin taleyini qaranlığa, köləliyə sürümək istəyirlər. Buna görə də Türk dövlətini müstəqil, vətəndaşlarını azad görmək istəyən hər bir kəsin bu gün təkcə Türkiyə deyil, bütün türk dünyasının II Atatürkündən- Ərdoğandan başqa səs verə biləcəyi başqa namizədi yoxdur…

(Davamı var)

Şapur Qasimi,

Politoloq

(Xüsusi olaraq «Təzadlar» üçün)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN