Xəbər verildiyi kimi, 28 mart 2023-cü il tarixdə, saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna

yaşadığı evin qarşısında- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytı məlumat yayıb ki, terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. Sitat: “Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Millət vəkilinə qarşı törədilmiş terror aktı barədə məlumatlar "Təzadlar"ın baş redaktou Asif Mərzilinin müəllifliyi ilə Dünya Türk Jurnalistləri Birliyinin ilkhavadis.com saytında yayımlanıb. Xəbərdə konkret sübuta istinadla bu terror aktının İran izi də vurğulanır. 

https://www.ilkhavadis.com/az%c9%99rbaycanda-mill%c9%99t-v%c9%99kilini-gull%c9%99l%c9%99dil%c9%99r-terror.html

Xatırladırıq ki, Asif Mərzili Dünya Türk Jurnalistləri Birliyinin üzvü və birliyin ilkhavadis.com saytının köşə yazarıdır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN