...Kreml rəhbəri Vladimir Putin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların uzun müddət davam edəcəyini etiraf edib.

Tezadlar.az Rossiya24 TV-yə istinadla bildirir ki, Putin bunu Tulaya səfəri zamanı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə dair orderi fonunda deyib. Putin sənayenin inkişafı və ölkənin müstəqil inkişafının strateji məqsədlərinə nail olmaq üçün orta və uzunmüddətli dəyişikliklərin vacibliyi ilə bağlı da mövqeyini ifadə edib. 
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putinin həbsinə order verib və bu, Rusiya liderinin təcridini daha da artırıb. Dövlət Departamentinin Qlobal Cinayət Ədliyyəsi İdarəsinə rəhbərlik edən keçmiş xüsusi elçi Stiven Rapp Putinin həbs qərarı icra olunmayana qədər Rusiyaya qarşı beynəlxalq sanksiyaların ləğv edilməyəcəyini deyib. 
Rusiya Federasiyasının Prezidenti əmin olduğunu bildirib ki, Rusiya iqtisadiyyatı və sənayesi yeni şəraitə uyğunlaşa və mövcud vəziyyətdən çıxış yolu tapa biləcək. Putin həmçinin qeyd edib ki, ölkə suveren inkişafa və idxal olunan texnologiya və məhsulların əvəzlənməsinə çalışmalı, eləcə də uzunmüddətli strateji hədəfləri nəzərdən keçirməlidir.

Təəssüflər olsun, müharibə davam etdikcə bu sanksiyalar da artır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN