Həqiqət nə qədər acı olsa da, onu söyləməyi bacarmaq lazımdır. Çünki o sənin kimliyinə işıq tutan bir hədəfdir!

Gəlirəm mətləbə: Neçə gündür Bakının Xətai rayonundakı 3 saylı Uşaq Evinin rəhbərliyi hədəfə alınıb. Sosial mediada və bir çox saytlarda yazılanlardan bəlli olur ki, məsələ xeyli qəlizdir. Sitat: «…burada Məhəmməd Hacıyev adlı yeniyetmə sakini ərzaqla bağlı gileylənən kimi müəssisə rəhbəri Məhbubə Hüseynova onu dəli kimi qələmə verib, uşağı 1 saylı Psixiatriya Xəstəxanaya saldırıb. Məhəmməd deyirdi ki, təminat yaxşıdı, amma bizə sür-sümük, piy çatır, əti sıyırıb aparırlar. Bundan əvvəl də Məhbubə Hüseynovanın uşaqlara göndərilən qurbanlıq ət və heyvanları mənimsədiyi bildirilmişdi…» və s.

Hətta bəzi sosial mediada etik qaydaları pozaraq Uşaq Evinin xanım rəhbərini təhqir edir, birtərəfli qaydada fikir söylənilir, ən azı ittiham edilən tərəfin mövqeyini də soruşmaq, təqdim etmək olardı. Amma olmur. Niyə?

***

Ədalət naminə bir məqamı deyim: Vaxtilə Kubada zavod direktoru, Baykonurun tikintisində baş mühəndisin müavini işləmiş tanınmış neftçi-alim Yusif Səmədov həyat yoldaşının il mərasimini 3 saylı Uşaq Evində ehsan verməklə keçirmək istədiyini bildirdi. Məsləhətləşdik, yekun qərar qəbul edildi. Məhbubə xanımla danışdım, bizi Uşaq Evinə dəvət etdi. Yusif müəllimlə birlikdə ora getdik. Şəxsən Yusif müəllim düşünürdü ki, 400-500, bəlkə də daha çox pul versin, özləri ərzaq alıb ehsan süfrəsi açılsın. Bu barədə söhbətə başladıq. Məhbubə Hüseynova pul məsələsini deyəndə qəti etiraz etdi, dedi ki, o qədər pula ehtiyac yoxdur… Sonra yeməkxananın müdiri gəldi, başladılar ehsan süfrəsi üçün siyahı yazmağa: Məsləhət belə oldu ki, katlet, soyutma ət, kartof qızartması, meyvə, sok və s. olsun. Biz bir kisə kartof deyəndə, etiraz etdilər ki, çoxdur, 15 kq bəsdir. Əti 30 kq dedik, dedilər, 20 kq bəsdir və s.

 yusif-4

Yəni, demək istəyirəm ki, şəxsən şahidəm, müdirə (ilk dəfə görüb tanış olurdum) istəsəydi 500-800 manatı alıb deyərdi özümüz alacayıq. Və deyilən gün Yusif müəllimlə birlikdə gəldik, ehsan süfrəsində özümüz də iştirak etdik. Yeməkxana ilə, uşaqların yaşam yeri ilə də ətraflı tanış olduq... İlk gün gələndə isə təsadüfən nahar vaxtı idi, bizi yeməkxananın əsas hissəsinə dəvət etdilər, həmin günün menyusu ilə canlı tanış olduq. Yeməklər də əla idi, yeməkxananın ümumi şəraiti təmiz və səliqəli idi. Sonra uşaqlarla görüşüb söhbət etdik. Xatirə şəkilləri çəkdirdik. Uşaq bağçasından çıxanda bu uşaqların bir çoxu bizi həyətdə də dövrəyə aldılar. Bir daha onların buradakı yaşam və yemək şəraiti ilə özlərindən maraqlandıq. Olduqca razı qaldıqlarını söylədilər.

Bəs indi nə baş verir? Həqiqətənmi sosial mediada yazılanlar kimidir? «Yetimlərin süfrəsinə göz dikirlər» kimi ittihamların səbəbi fakt kimi təqdim edilməlidir. Uşaq bağçasında 150-170 uşaq vardır. 1 uşaq problemi deyibsə, olmazmı müqayisə üçün digər uşaqları da dinləmək və yekun rəyə gəlmək?

Hesab edirəm, media da hər deyiləni dərhal ictimailəşdirməməli, araşdırmalı, faktı öyrənməlidir. Gəlin araşdıraq, öyrənək və sonra təqdim edək!

Asif MƏRZİLİ

yusif-6

yusif-8

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN