Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub.

Tezadlar.az xatırladır ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanlarda dəyişiklik edilib. Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq məsələsi Ədliyyə Nazirliyinin vəzifələri siyahısından çıxarılıb.

Bəs bu səlahiyyət hansı dövlət qurumuna veriləcək?

Ekspertlər hesab edir ki, bu səlahiyyətlər Medianın İnkişafı Agentliyinə veriləcək. Çünki hazırda media orqanlarının reyestr uçotunu və media ilə fəaliyyətin digər sahələrin nizamlanmasını da Medianın İnkişafı Agentliyi həyata keçirir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN