booked.net booked.net  

 Məlum olduğu kimi, mayın 30-da İsrail Prezidenti Azərbaycana gəlib. İki günlük səfər çərçivəsində İsaaak Hersoq Azərbaycan Respublikasının rəhbərliyi ilə görüşüb.

Artıq bir çox ekspertlər bu hadisəni tarixi adlandırıblar.

“Qaynama nöqtəsi” rubrikasının aparıcısı, jurnalist, tarixçi Elmar Hüseynov İsrailin “Aviv” telekanalının baş redaktoru Mark Qorindən bu addımın Azərbaycan-İsrail qarşılıqlı fəaliyyətinə necə təsir edəcəyini soruşub.

Ekspertlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və İsrailin bu hadisəyə reaksiyasını da müzakirə ediblər.

 Xatırladaq ki, İsraildə dərc edilən “Sputnik” qəzetinin baş redaktoru Mark Qorin həmişə fəxr və qürurla haqqında danışdığı Bakı şəhərində anadan olub. Onun uşaqlığı isə Sumqayıtın indiki Tağıyev qəsəbəsində, o vaxtkı “Nasosnaya” hərbi şəhərciyində keçib.O, əsl BAKILIDIR və Azərbaycanın Qarabağla bağlı haqq işində daim yanında olub.

Onu da qeyd edək ki, ötən ilin yayında məşhur journalist və yazıçının “QAYIDIŞ” romanı nəşr olunub. Əsərin təqdimatı  “Azİz” İsrail-Azərbaycan Beynəlxalq

 Assosiasiyasının mətbuat klubu ilə birgə təşkil edilib. Eləcə də təqdimat  “Azİz”in yaradılmasının 15 illiyinə və Azərbaycan ilə İsrail arasında əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub.

Romanda Qorinin Azərbaycanla bağlı olduqca maraqlı xatirələri yer alıb.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN