Bir müddət əvvəl KİV-də icbari sığortanın tətbiqi istiqamətində islahatlar aparıldığı,

texniki və hüquqi prosedurların başa çatdırıldığı və iyunun 1-dən, yəni bu gündən icbari sığorta ilə bağlı müqavilələrin bağlanmasına başlanılacağı barədə məlumatlar yayıldı.

Artıq bir çox sığorta şirkətləri mənzil sahiblərinə xəbərdarlıq bildirişləri göndərirlər ki,  evinizi sığorta etməsəniz cərimələnəcəksiz.

Beləliklə, bu gündən etibarən fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək.

Bəs bu bildirişlərin rəsmi əsası varmı, doğrudanmı evlərini icbari sığorta etmə imkanı olmayan vətəndaşlar ucdantutma cərimələnəcəklər?

Vətəndaşların  bu mövzuda suallarını Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb.

Vüqar Bayramov da bəzi sığorta şirkətlərinin mənzillərə xəbərdarlıqlar göndərərək əmlakını sığortalmayanların iyunun 1-dən cərimələcəyi barədə məslədən xəbərdar olduğunu bildirib

 

Deputat vətəndaşlara, eləcə də həmin sığorta şirkətlərinə xəbərdarlıq edib ki,  mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil.

“ Qanunvericilikdə mənzilini icbarı sığorta etdirməyənlər üçün cərimələr nəzərdə tutulsa da bu cərimələr artıq xeyili müddətdir ki qüvvədədir, yəni onun 1 iyun tarixi ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir”, - deyə o, xatırladıb.

Bayramov diqqətə çatdırıb ki, daşınmaz əmlakın icbari sığortası barədə qanun uzunillərdir qüvvədədir, lakin böyük əksəriyyətin əmlakı sığortasızdır və buna görə də hər hansısa ziyan dəydikdə əmlak sahiblərinə sığorta haqqı ödənilmir.

“Daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minməsinə baxmayaraq, sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır. Daşınmaz əmlakın təxminən 80 faizə yaxını hələ də sığortasızdır. Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki, icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər.

Bununla belə, sığorta mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər”, - o, deyib.

 

Həmçinin onu da qeyd edib ki, hazırda əmlakın sığortalanmasında fiks-vahid tariflər tətbiq olunur. Deputat təklif də irəli sürüb:

“ Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq, imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin”, - deyə vurğulayıb.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN