Şikayətçi: “Depertamentin sıravi işçisi, vaxtilə Ordubaddan Bakıya çörəkpulu qazanmağa gəlmiş Sadiqin indi təkcə Nizami rayonunda 10 obyekti var: Naxçıvanski 84-də, Bəhruz Nuriyev 10A-da, 8-km bazarının yanında kafe, Rüstəm Rüstəmov-84-də binanın altı, Naxçıvanski 51-in yanında bir möhtəşəm obyekt...”

Bakı şəhəri, Nizami rayonun Q.Qarayev prospekti, 117, mən., 83-də yaşayan Bəşirova Azadə Qinyaz qızı “Təzadlar”a şikayət ərizəsi ilə müraciət edib.  Nizami rayon Bələdiyyəsi tərəfindən icarəyə götürülmüş torpaq sahəsində ticarətlə məşğul olmaq üçün Bakı şəhər İH-ti tərəfindən əsassız olaraq icazə verilməməsindən şikayət edən A.Bəşirova Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova müraciətlə kömək istəyir. Müraciəti təqdim edirik:

 Hörmətli Eldar müəllim, xatırlatmaq istəyirəm ki, 2005-cı ildə mən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 55/57 saylı binanın qarşısındakı 375 kv.m boş torpaq sahəsini Nizami Bələdiyyəsinin qərarı ilə 49 il müddətinə icarəyə götürmüşəm. Bu ərazidə çoxsaylı ağaclar əkməklə xüsusi qulluq göstərib abadlaşdrmışam. Həyat yoldaşım Bəşirov Elxan Bəşir oğlu 1-ci Qarabağ Müharibəsində 4 il iştirak etmişdir. Müharibə dövründə sağlamlığını müəyyən qədər itirdiyinə görə vaxtaşırı dərmanlara ehtiyacı olur. Mən işsizəm. İki övladımız da buzim himayəmizdədir. Ailəmizin iqtisadi çətinliyini aradan qaldırmaq üçün həmişə istəmişik ki, yerli bələdiyyədən götürdüyümüz yerimizdə biz də bir Azərbaycan vətəndşı olaraq icarə müqailəsinə uyğun iaşə obyekti yaradıb kiçik bizneslə məşğul olaq.

Lakin düşdüyümüz bürokratiya və süründürməçilk əlindən bizə əsassız olaraq icazə verilmir ki, bir kiçik iş qura bilək. Budur, son müraciətlərimizə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 6 may tarixli cavab məktubunda əvvəlcə bildirir:  “08 və 23 aprel müraciətlərinizə Agentlikdə aidiyyatı üzrə baxılaraq nəticəsi barədə tərəfimizdən Sizə məlumar veriləcəkdir.”   20 may tarixli cavabda isə qeyd edirlər ki, guya bizim telefon nömrəmizə zəng çatmırmış, və s. bəhanələr.  Bakı şəhər İH-nin Ticarət və Xidmət Depertamentinin 07 may 2021-ci il tarixli, 20/08-136 saylı cavab məktubunda yazılır: “Bildiririk ki, dünyda, o cümlədən Azərbaycanda da mövcud olan “COVİD-19” pandemiyasının davam etdiyi müddətdə ictimai-iaşə fəaliyyəti ilə məşğul olmağınız üçün Sizə yer ayrılması məqsədəuyğun hesab edilmir.”

 Bildiririk ki, əsassız cavabda bizə yer yox, icazə lazımdır. Digər tərəfdən pandemiyanı bəhanə gətirilərsə, onda niyə bizim yerin, o cümlədən Bakının hər yerində ictimai-iaşə obyektləri hazırda fəaliyyətlərini gecə-gündüz davam etdirirlər? Bəs ölkəmizdə pandemiya yumşalması niyə məhz bizə şamil edilmir? Yəni, Bakı şəhər İH-nin Ticarət və Xidmət Depertamentinin formal cavabı bizi qane etmir və tam əsassızdır. Budur 03 iyul tarixli təkrar müraciətimizdən sonra Bakı şəhər İH-nin departamentinin sektor müdirinin imzası ilə məktub göndərib bizdən sənədlərin əsillərini istəmişdir. Biz də iyulun 27-də təqdim etmişik. Depertament sədri İntiqam Məmmədov bu məsləni işçisi Sadiqə həvalə etmişdir. 3 gün əvvəl isə Sadiq bizə bildirmişdir ki, sizin yeriniz yaşıllıq ərazidir və buranın sizə aidiyyatı ola bilməz. Doğrusu, Bakı şəhər İH-nin kiçik bir dövlət məmurunun bu dərəcədə məsələmizə yalnış münasibət bildirməsi bizi çox pərişan etdi. Biz istəyirik ki, ailəmizdə yaşayan 1-ci Qarabağ Müharibəsi veteranının iynə-dərmanını təmin etmək üçün kiçik həcmli iaşə obyektini kredit götürüb istifadə edək. Amma görünür ki, Sadiqin və onun arxasında duranların subyektiv səbəbdən yalnış bəhanə ilə təkcə bizə icazə verilmir.  Hazırda orta məktəb şagirdinə də yaxşı məlumdur ki, paytaxt ərazisində fərdi yaşayış evlərinin, ticarət və iaşə obyektlərinin tikintisinə razılıq almaq pulsuz deyil, hətta Hacıbala Abutalıbovun dövründə olan qiymətlərdən qat-qat bahadır. Rayon İH rəhbərlərinin fəaliyyəti təəssüflər olsun belədir! Kiçik, 10-15 kvadratmetrlik bir yerə nə az, nə də çox, 30-40 min manat tələb edirlər. Bunu biz özümüzdən çıxarmırıq. Bunu Bakının Nizami rayonu ərazisində, Bəhruz Nuriyev küçəsində bir gecənin içində səkidə, piyada keçidinin üstündə obyekt tikmiş əslən Qazax rayonundan olan birisi mətbuata açıqlamasında bildirib. İcazə də həmin Sadiq tərəfindən təşkil edilib və 12 saat vaxt verilib.

Hörmətli Eldar müəllim! Ola bilsin Sizin məlumatınız yoxdur, amma məktuba əlavə etdiyimiz şəkildə yeni tikilən obyekt  Nizami rayonunda, Bəhruz Nuriyev küçəsində yerləşir. Obyekt kommunikasiya xəttlərinin üstündə tikilib, səkidə, piyada zolağını da özbaşına ləğv ediblər. Heç bir sənədi yoxdu və bir geçənin içində tikintisi başa çatdırılıb. Sahibinin şəriki isə Bakı şəhər Ticarət və Xidmət Departamentində lap çoxdan işləyən (19 ildir) Sadiq adlı bir nəfərdir. Deyilənə görə özü Hacıbala Abutalıbovun yaxın qohumudur, Ordubad rayonundandır. O vaxtlar keçmiş başçı onu Bakıda çörəkpulu qazanmağa gətizdiribmiş. İndi həmin Sadiqin təkcə Nizami rayonu ərazisində 10 obyekti var. Naxçıvanski 84-də, Bəhruz Nuriyev 10A-da, 8-km bazarının yanında bir böyük kafe, Rüstəm Rüstəmov-84-də binanın altı, Naxçıvanski 51-in yanında da bir möhtəşəm obyekti də var. Bu sadalananlar Bakı şəhər Ticarət və Xidmət Departamentinin sıravi bir işçisinə məxsusdur və təkcə Nizami rayonunda olanlardır. Bakının digər 10 rayonunda da hərəsində 9-10 obyekti var. İndi təsəvvür edin, Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin nə qədər belə obyektləri var! Məlumatlara görə Hacıbala Abutalıbovun qohumu olan Sadiq sadəcə bir iş icaçısıdır, heç bir vəzifəsi yoxdur. Amma yuxarıda sadaladığımız ünvarlarda obyektləri var. Görəsən sıradan bir şəxs-Qazax sakini “Haqqını” VERMƏSƏ  Bakı ərazisində belə tikinti işləri apara bilərmi? Həm də az qala yolun ortasında. Deyilənə görə Sadiqin Bakıya gəlib Hacıbala müəllimdən iş istəməsi üçün 2001-ci ildə qonşusundan borc olaraq 10 “Şirvan” pul almış, bunun 8-ni təyyaraəyə bilet alıb özünü Bakıya, Hacıbala müəllimin qəbuluna çatdırmışdır.

Budur, 19 il ərzində Bakının hər bir rayonunda əldə etdiyi obyektlər onun mülkiyyətinə daxildir. Bu adam özündən başqa heç bir Qarabağ əlilinə və ya digər kateqoriyadan olan şəxslərə imkan vermir ki, kimsə gedib pulsuz bir su butkası tikə bilsin. Dərhal bəhanə gətirir ki, nəzərdə tutulan yer yaşıllaşdırmaya aiddir və s. fərziyələr. Bəs o zaman sual ortaya çıxır ki, yoldaşım Azərbaycan Ordusu zabiti kimi 1-ci Qarabağ döyüşlərində 4 il iştirak edib sağlamlığını itirəndə ac qalanda və bu gün iynə-dərmana möhtac qalanda olmazmı ki, bizə də qanunla verilmiş yerimizdə bir iaşə obyekti yaradıb dərman pulunu düzəldə bilək??? Buna Bakı şəhər İH-nin məmuru olan Sadiqdən daha çox bizim mənəvi haqqımız çatır ki, bir Azərbaycan zabiti olaraq ailəmiz bu güzəştdən istifadə etsin.  Ona görə də sizdən xahiş edirik ki, Sadiq bizə dediyi əsassız fərziyələrini yığışdırsın və xahişimizə ciddi formada rəsmi cavab versin. Sonda: Sizdən çox xahiş edirik ki, Bakı şəhər İcra Hakimiyyətinin aidiyyatı üzrə şöbə rəhbərliyinə göstəriş verəsiniz ki, Qarabağ Müharibəsi veteranı olan ailəmizin problemini həll etsinlər.

Redaksiyadan: Məsələ ilə bağlı Bakı şəhər İH-nin Ticarət və Xidmət Depertamentinin adı çəkilən Sadiq adlı əməkdaşı ilə əlaqə saxlamağa çalışırıq. Əlavə məlumat veriləcək.

“Təzadlar”ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN