...Sabah avqustun 13-də seviən müğənni Elmira Rəhimovanın ad günüdür, həm də yubileyidir-80 yaşı tamam olur!

Elmira Rəhimovanın 80 yaşına-yubileyinə Mədəniyyət Nazirliyinin hansı sürpriz etdiyini görmədik. Təbrikini də... TV-lərimizdə isə şou-əhli müğənnilərin konsertini, bər-bəzəkli həyat-tərzini verdilər, verirlər... Və yubiley yaşına baxmyaraq nazirlik ona 50, 60, 70 yaşı tamam olan və seçicisini tanımayan deputatlara verilən "Şöhrət" Ordeninin verilməsinə belə cəhd etmədi... Yəni, bu sətirləri yazanadək bunun şahidi deyilik. 

***

Bəli, bir neçə saatdan sonra Bakının Əmircan kəndində anadan olmuş Azərbaycanın xalq artisti, hamımızın sevimlisi Elmira Rəhimovanın 80 yaşı tamam olur... FB istifadəçi Baba Allahnəzərov bu barədə statusunda yazır: "...O, hansı mahnını oxuyubsa sevilib. Onun "Tələbə ", "Səadət ", "İntizar "və digər mahnıları qərinələr keçsə də onu sevən milyonların yaddaşından heç vaxt silinməyəcək, yaşayacaq.  ...O, həm də hind mahnı və rəqslərinin mahir ifaçısı idi. Və çox təəssüf ki, Hindistanda stadionda 30 min hindliyə bir ağızdan "Cücələrim"i oxudan  müğənni, bu gün səhhətindən, maaddiyatdan, qayğısızlıqdan əziyyət çəkir. Bir yandan da nəvəsinin ağır xəstə olması onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırır. Bilmirəm, bəlkə də o, indi Nehrunun oğlundan gələn elçilərə "yox " cavabının əzabını çəkir... Üstəlik də doğulduğu nəhs 13 rəqəmi də bu həyat ağırlığının çəkisinə, sanki bir az da çəki qoyub... Hayat insana bir dəfə verilir. Başarırsan yaşa ...Amma necə? O, çətin yolu seçdi: heç kəsə əyilməmək, yaltaqlıq etməmək və heç kəsin də arxasınca danışmamaq. Bəziləri düşünür ki, o kölgədə qaldığından kölgəsində ucalanlar oldu... Məncə də... Nə isə... Elmira Xanım. Sizi ürəkdən təbrik edir və həmişə də sağ olmağını istəyirik !!! 100 yaşa!!!".

*** 

Rəhimova Elmira Allahverdi qızı 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Anand adında bir oğlu və iki nəvəsi vardır...

Belə... "Təzadlar" ailəsi adından Elmira xanımı ürəkdən təbrik edirik!

Asif Mərzili

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN