Xəbər verdiyimiz kimi, “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Sumqayıt şəhəri, dənizkənarı Novxanı bağlarında yaşayan Talıbova Xəyalə tərəfindən ona ünvanlanmış şikayət ərizəsini “Təzadlar”a göndərmişdi...

 Və məlum olurdu ki, şikayətçi kreditlə telefon almaq üçün Sumqayıt şəhərində yerləşən “Kontakt-Home” 11 mağazasına müraciət edibmiş, amma aldığı 1400 manatlıq mal zay çıxır. İstehlakçının müxtəlif ünvanlara, eləcə də adı çəkilən məşhur mağazalar şəbəkəsinin Baş ofisinə şikayətinə isə baxan olmayıb, hər dəfə müxtəlif bəhanələrlə ziyana düşmüş vətəndaşı get- gələ salıblar.

 Nəhayət, məsələyə "Təzadlar"ın əməkdaşları qarışdı. Əməkdaşımız Yasəmən Məmmədlinin qarşı tərəflə hüquqi məsuliyyətini başa salma danışığından sonra problem bu gün həllini tapıb. Şikayətçi Xəyalə Talıbova bu dəqiqələrdə redaksiyamıza zəng edərək "Kontakt-Home” -11 mağazasına dəvət efildiyini və telefon üçün ödədiyi pulunun geri qaytarıldığını bildirib: "Mən cənab Əyyub Hüseynova, xüsusən də "Təzadlar" qəzetinin əməkdaşı Yasəmən Məmmədliyə, həmçinin qəzetin rəhbərliyinə dərin minnətdaram ki, problem axır ki, həllini tapdı, pulumu qaytardılar...".

XXX

Məlumat üçün bildiririk ki, qeyd olunan şikayətdə hüquqları pozulan istehlakçı Xəyalə Talıbova "Təzadlar"a göndərilmiş ərizəsində yazırdı: "...Əvvəlcədən ilkin ödənişlə maraqlanmışdım. iPhone 11 - 128 gb yaddaşı olan model telefon götürmək istəyirdim. Çox istəyirdim o telefondan məndə olsun, lakin bu arzumu gerçəkləşdirmək  yalnız kreditlə mümkün idi - nəğd almağa durumum əl vermirdi.

Həm də 1-ci qrup Prezident təqaüdü alan qardaşım var. Çatdırmaq olmur. Nəğd ala bilməzdim. Buna görə də telefonu kreditlə götürdüm. Qızıl zəmanət təklif etdilər. Qızıl zəmanətə anamın təkidilə razılaşdım.1400 AZN olan telefon mənə kreditlə 18 aya 2459.09 AZN-ə başa gəldiyinə görə qızıl zəmanəti ləğv etdim. Əhəmiyyətsiz olduğunu hiss etmişdim. Həmçinin 18 aya baha gəlib çıxırdı. Sonra sənədlərdə dəqiqlik olsun deyə iyun ayının 5-i gəldim ki, sənədlər düzəlsin. Qızıl zəmanət ləğv edilmişdi. Sistemdən silinsə də, kağızı yox idi. Mənə dedilər ki, ayın 6-sı yaxınlaşın.Kredit müddətini də azaltmaq istəyirdim ki, biraz azalsın qiyməti. Dedilər, faizsizdir, amma 1400 manatlıq telefon 12 aya gəldi 2090.99 manata çıxdı. Guya, komissiya haqqıymış... Adapter də kreditə daxil idi. Lakin dedilər, qiyməti ayrıdır, telefonun üstündə vermirlər”, - deyə şikayətçi bildirir.

a4f402c9-5689-4448-bc44-aa10a1407a20
 Xəyalə Talıbova qeyd edir ki, elə telefonu əlinə aldığı ilk gündən etibarən onun problemli olduğu üzə çıxıb - whatsappda status paylaşdıqda durumunda görünməyib.

  “Durumum anamda görünürdü. Dedim, paylaşımı hamı görür, amma məndə durumda niyə şəkil yoxdur?!  Bundan başqa, telefon ilk gündən donmağa başladı, whatsappda paylaşdıqlarımı görə bilmədim. Halbuki hamı görür, mən öz statusumu görmürdüm. Elə bil heçnə paylaşılmamışdı. Telefonla zəng edən zaman da qulaq dinamikindən xışıltı səsi gəlirdi. Məcbur olub iyunun 7 -si mağazaya yaxınlaşdım. Əminliklə bildirdilər ki, “telefonda heç bir problem yoxdur, ios sistemdəndir”... Nəyi isə yenilədilər, amma nə olsun, eyni şey. İyunun 10- u yenidən yaxınlaşdım müdirə. Eyni sözləri danışdı. Müdirdə də eyni model telefon idi, lakin onda xışıltı səsi gəlmirdi. Amma dandı... Şikayətimə ciddi baxmadılar. Dedilər, “servisə göndərək”. Dedim, dörd günlük telefon, niyə servisə göndərilsin, dəyişin. Dedilər,  guya servis təsdiq etməlidir.

Halbuku malı aldığımdan 14 gün belə keçmədiyi üçün istehlakçı hüququm vardı onu dəyişməyə və ya qaytarmağa. Amma etmədilər. Hətta ofislərinə də şikayət etdim. Yenə eyni sözlər... Ayın 11-də servisə (Servis Sumqayıt şəhəri 12-ci mikrorayon, Koroğlu prospekti 722 –də yerləşir ) apardım telefonu, amma narazı idim mağazadan.

Orada operator Səadət xanım vardı. İradımı bildirdim ona. O, mənə bildirdi ki, sizi anlayıram, dediyiniz qüsürları gördüm. Səadət xanım da telefona baxdıqda gördü ki, telefonda cızıq, ümumiyyətlə heçnə yoxdur. Telefon 11 gün servisdə qalandan sonra dedilər ki, telefonun problemi yoxdur. .. Ayın 22 -si getdim servisə. Dedim, heç nəyi olmayan telefon belə olar? Bir söz deyə bilmədilər. Sonra həmin gün anamla getdim mağazaya. Müdirə dedim ki, bu telefona görə yollarda qalmışam: ya düzgün telefon verilsin, ya da ki, kredit ləğv edilsin. Dedi, servis təsdiqləməyib....

img-20230726-wa0010

Beləcə, vaxt keçdi. Sonra ayın 24- ü nənəmlə getdim mağazaya. Yenidən etirazımı bildirdim.  Müdir yox idi. Onu Qulu adında başqa bir şəxs əvəz edirdi. Dedim, baxın, şəklini çəkmişəm, məni incitməyin, pulumu - 400 manatı verin, telefonu götürün! Sizin mağazaya inanmıram artıq! O da dedi ki, servisə göndərin.

Yenə bildirdim ki, təzə telefondu ,istifadə belə etməmişəm, dəqiqəbaşı nə servis? Niyə vaxtı uzadırsınız? Dedi ki, təsdiqləsinlər, sonra”, -Xəyalə Talıbova bildirir.

 Şikayətçi mağazanın təkidi ilə yenidən telefonu servisə apardığını və onlara telefonun enerji yığarkən arxa tərəfinin həddən artıq qızdığını söylədiyini bildirir.

i

 

 “Daha əsəblərim tarıma çəkilib. Dözə bilmirəm. Camaatı haram yolla soyurlar, aldadırlar. Məni də aldadırlar. Xahiş edirəm, mənə kömək edin. Keyfiyyətsiz  telefon veriblər mənə. Çox adamlar şikayətçidir, amma bilməmişəm. Telefonu alandan sonra bildim mallarının keyfiyyətsiz olduğunu. Xahiş edirəm, istehlakçı hüququmu qoruyub, ödədiyim 402 manat pul mənə qaytarılsın və müqaviləyə xitam verilsin.

Həmçinin əlaqədar dövlət qurumlarına,  kütləvi informasiya vasitələrinə məlumat verilsin ki, əhali aldanmasın və aldadılmasın”, - deyə şikayətçi X.Talıbova ərizəsində vurğulayır.

Qeyd edək ki, “Kontakt Home” ölkədə elektronika, məişət texnikası və mebel satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri.

2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk “Kontakt Home” mağazası açılmışdır.

P.S. Qeyd edək ki, "Kontakt Home"un ofisi ilə telefon əlaqəsi saxladıq. Yaxın zamanda problemin araşdırılacağı və bizə dəqiq məlumat veriləcəyi bildirilmişdi, amma sonradan əlaqə saxlanılmamışdı... 

Əsas odur ki, problem məhkəməsiz, medianın müdaxiləsi ilə həllini tapmışdır.

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN