"2008-ci il hadisələrində Azərbaycanın rolu yetərincə qiymətləndirilməyib".

Bunu Gürcüstanın sabiq prezident Mixeil Saakaşvili, 2008-ci il müharibəsi zamanı Azərbaycanın Gürcüstana göstərdiyi dəstək barədə paylaşımında qeyd edib.

TEZADLAR.AZ  Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Saakaşvili, həmin dövrdə Azərbaycanın Gürcüstana dəstəyinin xüsusilə vacib olduğunu bildirib.

 "2008-ci il hadisələrində Azərbaycanın rolu yetərincə qiymətləndirilməyib. Qonşu və qardaş dövlətimiz bizi yanacaqla təminat infrastrukturu, ölkənin xilası üçün həlledici əhəmiyyətə malik olan maliyyə vəsaiti ilə təmin etdi. Həmin dövrdə hərbi sahədə yardımla bağlı yəqin ki, Azərbaycanın özü danışmalıdır, ancaq bu çox önəmli idi. Mən şəxsən bunun üçüm İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etmək istərdim”, - deyə Saakaşvili paylaşımında qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Gürcüstan və Rusiya arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibədən 15 il ötüb.

Belə ki, 5 günlük müharibə kimi tarixə düşən həminki gün - 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibədir. Rusiya müharibədən sonra - avqustun 26-da Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.

***

....Həmin dövrdə Rusiya qoşunları qeyri-qanuni olaraq Rusiya-Gürcüstan dövlət sərhədini keçdi və 7 avqustda gürcülərin cavab həmləsindən əvvəl Cənubi Osetiya münaqişə zonasına daxil oldu. Rusiya hökuməti Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqqresiyada" təqsirləndirdi və 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı. Rusiya və Cənubi Osetiya qoşunları ilə gürcü qoşunları arasında Cənubi Osetiya daxilində və ətraf ərazilərdə baş vermiş bir neçə günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur oldu. Rus və abxaz qoşunları isə Gürcüstanın nəzarəti altında olan Kodori vadisinə hücum edərək ikinci cəbhə açmağa müvəffəq oldu. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillərinin bir hissəsini blokadaya aldı.

12 avqustda Fransanın o zamankı prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatmışdır.

Müharibədən sonra Rusiyanın beynəlxalq əlaqələri çox da zərər görmədi.

Statistik məlumatlara görə, Gürcüstan Silahlı Qüvvələrinin tərkibindən 170 nəfər həlak olmuş və ya itkin düşmüş, 2 minə qədəri isə xəsarət almışdır. 

Qeyd edək ki, 2021-ci ildə  qərb ölkələrinin bir çoxu Rusiyanı Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasını geri götürməyə çağırıb. Həmin hadisələrinin ildönümünə həsr edilən birgə bəyanat Fransa, ABŞ, Böyük Britaniya, Norveç, İrlandiya, Estoniya və Albaniya tərəfindən yayılmışdır.

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN