Bu gün avqustun 16-da- günün ikinci yarısında Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunda saxlanılan erməni hərbçinin adını açıqlayıb və şəklini dərc edib.

Bu, 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviçdir. Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. Dindirmə zamanı Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib. Yüngül yaralanmış Voskanyana tibbi yardım göstərilib. 

 Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Voskanyanın təxribat qrupunun üzvü olduğunu, qrupun qalan üzvlərinin qaçmağa müvəffəq olduğunu bildirib.

Beləliklə, düşmən yenə də təxribatlarından əl çəkmir. Demək, bu, xəstəlikdir və ermənilərin düşmən olaraq mənəviyyatıdır! 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN