...Nikol Paşinyan təkçə Makronla danışmayıb, Almaniya kansleri və İran prezidentinə də eyni xahişlə müraciət edib...
Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığın növbəti yüksəlişinin qarşısını almaq üçün Azərbaycan prezidenti İlham Əliyevə “təcili” danışıqlar aparmağı təklif edib.
Paşinyan bu təklifi Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı səsləndirib. O, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ “təmas xəttində” gərginliyin artması fonunda adıçəkilən liderlərə zəng edib. Bu barədə “Azadlıq” radiosunun erməni bölümünün ingilisdilli saytı xəbər yayıb.
Ermənistan hökuməti bildirir ki, Azərbaycan növbəti irimiqyaslı hərbi hücuma hazırlıq məqsədilə oraya qoşun yığır. Pashinyan cümə axşamı günü beynəlxalq ictimaiyyəti Bakının iddia edilən planlarının qarşısını almaq üçün “çox ciddi tədbirlər” görməyə çağırıb.
“Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”, – hökumətin Makronla görüşünə dair cümə günü axşam saatlarında baş tutan bəyanatda deyilir. Paşinyan həmçinin Makronun iştirakı ilə Əliyevlə 2022-ci ilin oktyabr və 2023-cü ilin may aylarında keçirdiyi görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib.
Paşinyanın ofisi onun Scholz və Raisi ilə ayrı-ayrılıqda söhbətinin mətnini də yayıb. Hər 3 mətn son dərəcə oxşardır. Fransa və Almaniya liderlərinin Paşinyana “bölgədə sülh və sabitliyin bərqərar edilməsi üçün səylərini” davam etdirəcəklərinə söz veriblər. Paşinyanın istədiyi Əliyevlə yeni təmas qurmağa cəhd edib-etməyəcəyi bəlli deyil.
Cümə günü Azərbaycanın üç yüksək rütbəli rəsmisi Bakıda yerləşən xarici diplomatlarla görüşərək Ermənistanı “hərbi təxribatları” gücləndirməkdə, sülh danışıqlarını “imitasiya etməkdə” və Qarabağda “separatizmi” qızışdırmaqda ittiham ediblər. Ermənistan Xarici İşlər Nazirliyi bu ittihamları “tamamilə yalan” olduğunu bildirib.
Elbəyi Həsənli,
Sürix
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN