Avropa İttifaqı Dağlıq Qarabağda separatçı qüvvələr tərəfindən keçirilən dırnaqarası seçkiləri tanımır.

Tezadlar.az xəbər verir ki, bu barədə Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelinin mətbuat spikeri Nabila Masralın bəyanatında bildirilir. “Avropa İttifaqı bir daha bəyan edir ki, 2023-cü il sentyabrın 9-da Xankəndi/Stefanakertdə keçirilən qondarma “prezident seçkiləri”ni, onun keçirildiyi konstitusiya və hüquqi bazanı tanımır”, - deyə bəyanatda bildirilir.

 Bundan başqa, Avropa Şurasının baş katibi Pejçinoviç-Buriç məsələ ilə bağlı bəyanat yayıb. Onun sözlərinə görə separatçı rejim tərəfindən keçirilən dırnağarası seçkilərin heç bir hüquqi əsası yoxdur. Məlumat üçün bildirək ki, Azərbaycanın Qarabağ bölgəsindəki erməni icması sentyabrın 9-da qondarma “Prezident seçkiləri” keçirib və Samvel Şahramanyan separatçı rejimin “prezidenti” seçilib. Azərbaycan hökuməti qondarma seçkilərlə bağlı Ermənistana və sepratçı rejimə kəskin xəbərdarlığını ifadə edib.

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN