Dmanisi bələdiyyəsinin Məmişlər kənd sakini, 14 yaşlı Aytac Şahmarovanın qətlində təqsirləndirilən 28 yaşlı Alim Sadiqovun əmisi və əmisi oğlu da polis tərəfindən saxlanılıb.

Tezadlar.az Gürcüstan Daxili İşlər Nazirliyinin saytına istinadla bildirir ki, bu barədə Nazirlik məlumat yayıb. Məlumatda qeyd edilir ki, Alim Sadiqov zorla qaçırdığı 14 yaşlı Aytac Şahmarovanı əmisinin evinə gətirib. Təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu cinayət hadisəsindən xəbərdar olsa da polisə məlumat verməyib. Sözügedən şəxslər barədə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddəsi əsasında başladılıb. Təqsirləndirilən şəxsləri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Məlumat üçün bildirək ki, Saqareco bələdiyyəsinin Ləmbəli kəndində yaşayan 28 yaşlı Alim Sadiqov, Dmanisidə anası ilə birgə yaşayan 14 yaşlı Aytac Şahmarovanı 2 ay əvvəl evlənmək məqsədi ilə qaçırıb. Bildirilir ki, cütlük 2 ay qeyri-rəsmi nikahda olub. Yetkinlik yaşına çatmamış qız evliliyin əleyhinə olduğu üçün, bu müddət ərzində bir neçə dəfə evdən qaçmağa cəhd edib. Sonuncu dəfə Aytac Şahmarova evdən qaçmaq istəyən zaman A. Sadiqov onu odlu silahdan 3 dəfə atəş açaraq vurub, yeniyetmə aldığı güllə yarasından yerindəcə keçinib. Cinayət baş verdikdən bir neçə gün sonra, polis Alim Sadiqovu həbs edib. Onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Bundan əlavə, Aytac Şahmarovanın anası və dayısı barədə də həbs-qətimkan tədbiri seçilib. Onlar evliliyə məcbur etmə və cinayət barədə polisə xəbər verməməkdə ittiham edilirlər.

XXX 

Təkrarən deməyə məcburuq ki, valideynlər azyaşlıları ərə verməklə həm onların həyatını məhv etmiş olurlar, həm də özlərini cinayət məsuliyyətinə cəlbetmə risqinin qarşısına qoyurlar. Təəssüflər olsun, Azərbaycanda da belə hallara rast gəlinir. Bu hal daha çox ölkənin cənub rayonlarında- Lənkəran, Masallı və Astara bölgəsində rast gəlinir. Ekspert- hüquqşünas Şəmsəddin Əliyev "Təzadlar"a bildirdi ki, bu rayonların əhalisi hələ də İranın dini təsirində olduqlarından qonşu ölkənin bu əcaib ənənəsinə sadiqlik nümayiş etdirirmiş kimi, sanki köhnə adətlərə boyun əyirlər: "...Təəssüflənirəm ki, bütün maarifləndirmə tədbirlərinə baxmayaraq hələ də bu bölgədə azyaşlı qızların ərə verilməsi hallarına və ya buna cəhdlərə rast gəlinir...".

XALİQ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN