Bayıl qəsəbəsi, Qurban Abbasov -38, mənzil 19- da yaşayan mülkiyyətçi Məmmədov Araz Etibar oğlu "Təzadlar"a bildirir ki, yaşadıqları birmərtəbəli xüsusi mülkə bitişik olan obyektdə qanunsuz tikinti işləri aparılır ki, bu da ətraf tikililərə və vətəndaşlara ciddi təhlükə yaratmaqdadır... Şikayətçi deyir: "Bura əvvəllər hansısa nazirliyin idarəsi olmuşdur... İndi bu obyektin naməlum, özünü həmin yerə dair sahibkar -mülkiyyətçisi kimi olduğunu deyən şəxs adını burada özbaşına şəkildə taxta hasarlama işi aparmaqla, içəridə isə bir qrup işçiləri cəlb eləməklə restavrasiya- konstruksiya dəyişikliyi işləri aparır. Aparılan söküntü işləri zamanı evimin divarlarında bir neçə yerdən əhəmiyyətli dərəcədə geniş və təhlükəli catlar əmələ gəlmiş, bu isə evdə yaşayan hər bir kəs üçün əsl təhlükə mənbəyinə çevrilmişdir...".

 Biz şikayətlə bağlı hadisə yerində olub şikayətçininin söylədiklərinin nə dərəcədə həqiqət olduğunu öyrənmək məqsədi ilə çəkiliş edərkən həqiqətən də qeyd edilənlərin əyani sübutunu gördük. Müsahibə götürən vaxt bizi görərən işçilər dərhal taxta çəpərin qapısını bağladılar. Sonra Anar adlı şəxs önümüzə çıxıb lazımi vacib suallara cavab verməkdən ehtiyat etdi. Bu da başadüşülən idi, o, həm çoxsaylı işçinin əmək müqaviləsiz işlətməyin qanunsuz olduğunun məsuliyyət yaratdığını başa düşmüşdü, həm də bu işləri Şəhərsalma və Tikinti Məcəlləsinin 76-ci maddəsinin (ətrafdaki mülkiyyətçilər ilə razılaşdırıldıqdan sonra söküntü və tikinti işləri aparılmalı) tələblərinin pozulmasından bərk narahat idi. Elə bu səbəblərdən də o, qapını arxadan bağladı. Əslində, bu özü sübut edirdi ki, vətəndaşın şikayəti haqlıdır və ərazidə ciddi qanunsuz tikinti işləri aparılmaqdadır. 

XXX

 Məsələ ilə bağlı digər maraqlı bir məqam: şikayətçi ilə söhbət edərkən Araz Məmmədov bildirdi ki, yaranmış bu huquqpozmalarla bağlı FHN-nin 112 qaynar xəttinə dəfələrlə müraciət edib, ancaq heç bir müsbət nəticə olmayıb. Şikayətçi onu da qeyd etdi ki, FHN nin müfəttişi günlərin birində hadisə yerinə gəlib, ona deyib ki, «…əgər bir də gördünüz ki, iri qabaritli yük maşını gəlib orada söküntü zamanı yığılan tullantıları daşıyır, dərhal bizə deyərsən, gəlib tədbir görəcəyik...».

 Nə qədər gülünc səslənir! Mülkiyyətçi onu da deyir ki, 15 gündür ayrı -ayrı vaxtlarda buradan söküntü materialları qoparılıb aparılır... Guya ki, FHN əməkdaşları burada nə baş verdiyindən xəbərsizdir?! Buna daha bir sübut: yalnız "Təzadlar"ın müdaxiləsindən sonra- 

12 oktyabr tarixində əraziyə gəlib Akt tərtib edərək Səbail icra şöbəsinə təqdim ediblər... Məgər hər bir işə media mənsubu reaksiya verdikdən sonramı hərəkətə keçməlisiniz? Axı vətəndaş özü günlər öncə sizə müraciət edib və gəlib də görmüsunuz bu qanunsuz söküntünü, o iri çatları..

XXX

 Gəlin yerli icra struktur rəhbərliyinin də bu məsələyə biganəliyinə nəzər salaq. Deməli, vətəndaş Araz Məmmədov bildirir ki, Səbail rayon İcra Hakimiyyətinin elektron poçtuna bu hüquqpozma ilə bağlı müraciət edib, lakin İcra başçısının müavini Vüqar Şıxməmmədov vətəndaşı görün necə aldadıb... V.Şıxməmmədov şikayətçiyə bildirib ki, bu iş onların yox, məhz FHN- nin işidir, ora müraciət olunmalıdır.

 Azərbayycan Mənzil Məcəlləsinin 22, 23, 24, 25 ,26 və 27 -ci maddələrinin tələbləri burada ciddi şəkildə pozulmuşdur. Həmin maddələrdə qeyd edilir ki, söküntü və ya restavrasiya, həmçinin yeni konstruksiya məqsədilə hər hansı bir işlətin həyata keçirilməsi üçün həmin mülkə dair rəsmi huquqverici sənədlər müvafiq icra hakimiyyətinə təqdim edilməli, bundan sonra isə həmin sənədlərə FHN -nin müvafiq komissiyası baxış rəyi verməli, daha sonra o işlər həyata keçirilməlidir. Lakin bütün bu prosedurlar bugün qanunla həyata kecirilməmis, öz bizneslərini digər sakinlərin həyati təhlükəsi üzərində necə gəldi qurmaqla məşğul olan sahibkarın ərköyünlüyü ilə baş tutmaqdadır. Əgər belə deyilsə, müvafiq icazə vardırsa, bəs nə üçün həmin ərazidə hansısa məlumatlandırıcı lövhə yoxdur və yaxud da media qarşısına çıxmaqdan niyə ehtiyat edirlər?

 Ən əsası, axı niyə yazıda adını qeyd etdiyimiz rəsmi şəxs- Vüqar Şıxməmmədov və FHN- nin aidiyyəti idarə rəisi Cəbrayıl Xanlarov, eyni zamanda Şəhərsalma Baş İdarəsinin rəisi cənab Read Qasımov bu qanunsuz hərəkətləri edən həmin səxsə qarşı vaxtında qadağalı tədbirlər görməyiblər? Bəlkə gözləyək ki, ərazidə faciəli hadisələr baş versin, bundan sonra hamı tökülüb faciə qurbanlarının halına ağlasın?! Azmı belə hadisələr baş verib...

Mövzuya qayıdacağıq....

Xəyyam Qurbanlı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN