Sivilizasiyasının tarixində elə məsələlər var ki, onlar millətlər və xalqlar üçün ən yüksək prioritetlik təşkil edir. Bunların içərisində liderlik və dövlət başçısı statusları xüsusilə önəmlidir.

O millət xoşbəx olar və uğurlar əldə edər ki, onun uğurlu və cəsarətli, dahi zəkaya malik olan lideri vardır. O dövlət yüksək nəticələr qazanar ki, onun lideri praqmatikdir, milli mənafeyi hər dəyərdən üstün tütür, əməllərində və verdiyi vədlərdə dürüstdür. İdeal lider və dövlət başçısı bütün fəaliyyətində öz doğma xalqının, dövlətinin taleyini, yüksəlişini və hər bir vətəndaşının firavanlığını əsas məqsəd kimi qarşısına qoyandır və bunları reallaşdırandır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra çətin dövr yaşamışdır. 1990-cı illərin əvvəllərində ölkədə xaos hökm sürürdü. Dövlət sabadsızların, dövlətçilik və idarəetmə təcrübəsi olmayanların əlində idi. Dövlət strukturları demək olar ki, milli mənafeyə xidmət etməkdə aciz duruma düşmüşdülər. İqtisadiyyat dağıdılmışsiyasi sabitlik isə yox idi. Belə şəraitdə Ulu ÖndərHeydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycanda dövlətçilik atributlarını gücləndirdi. 19932003-cü illərdə Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda sabit dövlətçilik modeli formalaşdırıldı və uğurlu iqtisadi inkişaf modelinin bünövrəsi qoyuldu. Bütün bu proseslər nəticəsində Azərbaycan xalqının firavanlığının təmin edilməsinə, dövlətçiliyimizingücləndirilməsinə və Azərbaycanın regionun ən dinamik inkişaf etmiş ölkəsinə çevrilməsinə ciddi əsaslar yaradıldı.

Ən əsası düşünülmüş və uzunmüddətli strategiyanı özündə ehtiva edən siyasi varislik modeli formalaşdırıldı. Belə ki, Ulu Öndər Heydər Əliyevin layiqli varisi İlham Əliyev 2003-cü il oktyabr ayının 15-də Prezident seçiləndən sonra Ulu Öndərin siyasətini davam etdirəcəyini,  onun irsini qoruyacağını və daha da inkişaf etdirəcəyini əminliklə bildirdi. Dövlət başçısı nəinki verdiyi sözə əməl etdi, həm də xalqla lider, cəmiyyətlə dövlət arasında qırılmaz tellər bağladı və körpü yaratdı.

Ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı dinamik bir inkişaf yolu keçmiş, Azərbaycan dövləti regionun aparıcı dövlətinə çevrilmiş və bütün sahələrdə müstəqilliyini gücləndirilmişdir. Azərbaycan öz iqtisadiyyatını tamamilə yeni güclü rəqabət qabiliyyətli əsaslar üzərində formalaşdırmış, regionun mühüm enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də maliyyə donori kimi çıxış etmişdir.

Ölk əhalisinin vəziyyətinin yaxşılaşdırılması və yaşayış səviyyəsinin yüksəldilməsi üçün davamlı şəkildə kompleks tədbirlər görülmüşdür. Digər tərəfdən, ölkə regionlarının sosial-iqtisadi inkişafı daim dövlət başçısının xüsusi diqqət və qayğısı altında olmuşdur. Belə ki, regionların inkişafı və sosial-iqtisadi tərəqqisinin təmin edilməsi üçün bir-birinin ardınca 3 dövlət proqramı reallaşdırılmış və hazırda 4-cü dövlət proqramı uğurla icra olunmaqdadır. 2030-cu ilədək sosial-iqtisadi inkişafın milli prioritetləri müəyyənləşdirilmişdir və hazırda 2026-cı ilədək olan dövr üçün strateji hədəflər həyata keçirilməkdədir.

Bütün bunlar Azərbaycan xalqının tərəqqisinə, onun inkişafına və region, eyni zamandadünya ölkələri sırasında layiqli yer tutmasına mühüm əsaslar yaratmışdır. Amma dövlət başçısının Azərbaycan xalqının tarixində misli görünmiş uğurlara imza atmasında, XXI əsrin liderlik statusuna yüksəlməsində ən strateji və misilsiz xidmətləri Azərbaycanı qalib ölkə statusuna yüksəltməkdən ibarət olmuşdur. 30 ilə yaxın düşmən tapdağı altında inildəyən torpaqlarımızınerməni işğalçılarından  azad edilməsi bütün dünyada Azərbaycan xalqının qüdrətini və gücünü nümayiş etmişdir, Azərbaycan ordusunun rəşadətini və qəhrəmanlığını ortaya qoymuşdur, ən əsası isə Ali Baş Komandanın məharətini və baçarığını özündə ehtiva etmişdir.

Azərbaycan regionda öz mövqeyini gücləndirməklə bərabər, həm də Türk dünyasının coğrafiyasının birləşdirilməsində önəmli funksiyaları yerinə yetirməkdədir və bu istiqamətdə gedən tədbirlərin mərkəzinə çevrilmişdir. Azərbaycan dövlətinin nüfuzu artan xətlə bütün ölkələr tərəfindən, hətta bizi istəməyən dövlətlər tərəfindən belə qəbul edilməkdədir.

Fikrimizcə, bütün bunlar İlham Əliyevin XXI əsrin liderlik statusuna yüksələn Prezident kimi qiymətləndirilməsinə əsas verir və bunların ifadəsi 20 il üçün ümumiləşdirilmiş 20 arqumentlərdə verilmişdir:

1. İlham Əliyev Ümumilli Liderimiz Heydər Əliyevin şərəfli yolunun həm davamçısı, layiqli varisi və həm də bu işiqlı yolu ikişaf etdirən liderdir.
2. İlham Əliyev ata vəsiyyətinə dəyər verən, xalqımızın min illər ərzində formalaşan adət və ənənələrini yüksək qiymətləndirən və ata vəsiyyətinə uyğun olaraq torpaqlarımızın düşməndən azad edilməsi kimi çox mühüm tarixi bir missiyanı reallaşdıran dövlət başçısıdır və eyni zamanda layiqli övladdır.
3. Keçən 20 il ərzində Azərbaycanda dövlətçilik atributları maksimum gücləndirilmiş, siyasi sabitlik tamamilə yeni mərhələyə qaldırılmış, dövlət aparatının işləkliyi və funksional səmərəliliyi dəfələrlə artırılmışdır.
4. Azərbaycan nəinki regionda, dünya ölkələri sırasında yüksək rəqabət qabiliyyətinə malik ölkə statusuna yiyələnmiş və dövlətimizin imici əhəmiyyətli səviyədə yüksəlmişdir.
5. Azərbaycan regionun mühüm enerji və nəqliyyat layihələrinin - transmilli layihələrinin həm təşəbbüskarı, həm maliyyə donoru olmaqla bərabər, həm də  qətiyyəti ilə fərqlənən, müstəqil iqtisadi siyasətini ön plana çəkən nüfuzlu dövlət kimi güclənməkdədir.
6. Azərbaycan özünün milli sərvətlərini və karbohidrogen resurslarını xalqımızın milli mənafeyi naminə dünya bazarlarına çıxarmağa nail olmuş, memarı Ulu Öndərin olduğu “Neftstrategiyası”nı reallaşdırmış və beynəlxalq əmək bölgüsündə bu istiqamətdə əsaslı şəkildəixtisaslaşmışdır.
7. Ölkəmiz regionun və xüsusilə Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinə ciddi töhfələr vermiş, qardaş Türkiyənin enerji təminatında mühüm rol oynamaqla bərabər, həm də Avropa Birliyinin əsas enerji partnyorına çevrilmişdir.
8. 1990-cı illərin əvvəllərində torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində yaranan çox ciddi problem - bir milyona yaxın məcburi köçkünlərinqaçqınların çadır şəhərciklərindən yüksək komforta malik olan yaşayış massivlərinə,şəhərcikrə köçürilməsini Azərbaycan dövlətinin öz imkanları hesabına həll edilmişdir.
9. Azərbaycan öz siyasətində daim siyasi irsə, milli mənafeə üstünlük vermiş, dövlət başçısıheç bir halda Azərbaycan xalqının mənafeyini tapdalamağa imkan verməmiş və beynəlxalq səviyyədə Azərbaycan xalqının maraqlarını ciddi şəkildə qorumağa nail olmuş, öz sözünü demiş və bunların nəticəsində Prezident İlham Əliyev püxtələşmiş, seçilib sayılan siyasətçi kimi formalaşmış və dünya liderləri arasında samballı nüfuz qazanmışdır.
10. Ölkəmizdə milli iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, onun neft-qaz amilindən asılılığının azaldılması istiqamətində tarixi işlər görülmüş və bu istiqamətdə aparılan islahatlar hazırda ən intensiv fazadadır.
11. Dövlət başçısının birbaşa səyi, təşəbbüsləri, yerlərdə olmaqla nəzarət etdiyi strateji qeyri-neftqaz sektoru layihələri nəticəsində ölkə iqtisadiyyatının strukturu maksimum təkmilləşmiş və qeyri-neftqaz sektoru sahələrinin prioritetliyi təmin olunmuşdur.
12. Azərbaycan ilk kosmik peykin buraxılmasına nail olmuş və 2013-cü ildə bu nailiyyəti əldə etməklə, dünya kosmik klubun üzvü olmuşdur. Hazırda kosmik fəzanın fəth edilməsində 3 peykimiz vardır. Bununla da, Azərbaycan kosmos ölkəsi kimi çox yüksək mötəbər statusa yiyələnmişdir.
13. Azərbaycan iqtisadiyyatı regionda və dünyada baş verən təlatümlərə, qlobal böhranlara qarşı immunitetlik nümayiş etdirmək səviyyəsinə çatmışdır. Azərbaycan iqtisadiyyatı özünün dayanıqlığı baxımından xüsusi fərqlənir və iqtisadi inkişaf modeli daim dövlətin başçısının təşəbbüsləri ilə təkmilləşdirilməkdədir.
14. Azərbaycan iqtisadiyyatı son illərdə dinamik olaraq inkişaf etmiş və ölkə ÜDM-i 3.6 dəfəartmışdır. Bu heyrətamiz inkişaf yolunun və iqtisadi böyümənin təmin olunmasında İlham Əliyevin iqtisadi baxışları və konsepsiyaları, uzaqgörən daxili və xarici siyasəti həlledici rol oynamışdır. Bunların nəticəsində Azərbaycan iqtisadiyyatının bütün seqmentlərində, o cümlədən qeyri-neftqaz sektorunda, xüsusilə sənaye istehsalında, kənd təsərrüfatında, qeyri-neftqaz ixracında bir necə dəfə artım qeydə alınmışdır.
15. Azərbaycan özünün strateji valyuta ehtiyatlarını formalaşdıra bilən ölkələr arasında möhkəmlənmişdir və hazırda ölkəmizin valyuta ehtiyatları 70 milyard dollara yaxındır.Valyuta ehtiyatlarının formalaşdırılması  ölkə iqtisadiyyatının sabit olaraq inkişafına və iqtisadi islahatların dərinləşdirilməsinə, əhalinin sosial-iqtisadi inkişafının sabitliyinə, milli prioritet layihələrin reallaşdırılmasına ciddi töhfə verməkdədir.
16. Azərbaycanda aparılan islahatların kökündə Azərbaycan vətəndaşının rifahı, arzu və istəkləri,  onun qayğıları dayanır. Bu baxımdan, birmənalı olaraq demək mümkündür ki, Azərbaycan Prezidenti hər bir ölkə vətəndaşının Prezidentidir.
17. Ölkədə sosial sistemin, sosial həyatın tam şəffaflığı ilə fərqlənən və bürokratiyalardan uzaq olan sosial-iqtisadi siyasətin əsasında əhalinin həssas qruplarının maraqları, onların qayğıları yer almışdır və beləliklə, Azərbaycan sosialyönlü dövlət kimi öz vətəndaşlarının mənafeyini ən yüksək səviyyədə dəyərləndirməkdədir.
18. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində Azərbaycan sosial sahədə brendlər yaradan - ASAN və DOST brendlərini formalaşdıran bir dövlətdir. Artıq bu sahədəki təcrübə dünyanın bir çox ölkələrində tətbiq edilməkdədir.
19. Qürurla deməliyik ki, Azərbaycan qalib ölkədir. Erməni işğalçıları üzərində qələbə qazanmaqla və onları diz çökdürməklə Azərbaycan regionun güclü dövlətinə çevrilməklə yanaşı, həm də dünyada separatizmin kökünü kəsməyə və öz müstəqilliyini qorumağa qadir olan bir ölkə kimi böyük nüfuz əldə etmişdir.
20. Azərbaycan işğaldan azad olunmuş əraziləri öz maliyyə gücü və iqtisadi qüdrəti hesabına bərpa edən və dirçəldən nadir olkələrindən biri kimi tarixə düşməkdədir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və dirçəliş layihələri, Böyük Qayıdışın təmin edilməsi bunun bariz nümunəsidir.

Qeyd olunan əsaslandırılmış 20 arqument  belə qənaətə gəlməyə imkan verir ki, Prezident İlham Əliyev XXI əsrin liderlik statusuna yüksələn, xalqın tam etimadını qazanan, xalqla dövlət arasında vahid birliyi təmin edən, "Dəmir yumruğu" düşmənin başı üzərində əzəmətlə dayanan və qalib ölkənin Ali Baş Komandanı, müzəffər ordunun məğlubedilməz sərkərdəsi kimi hazırda ozünün liderlik və siyasi fəaliyyətinin ən yüksək səviyyəsindədir. Əminliklə deyə bilərik ki, dövlət başçısı bundan sonra da uzun illər ərzində Azərbaycan xalqının rifahı və tərəqqisi naminə dövlətçiliyimizin gücləndirilməsi proseslərinə uğurla rəhbərlik edəcəkdir.

ŞƏFA ƏLİYEV,

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri,

Sumqayıt  Dövlət  Universitetinin “Dünya iqtisadiyyatı

və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN