...Bir neçə saat əvvəl tezadlar.az saytında dəniz neftçilərinin Neftçilərin Hüquqlarının Müdafiəsi İB- nin sədri Mirvari Qəhrəmanlıya edilən şikayət məktubu yayımlanmışdı... Şikayətdə (https://www.tezadlar.az/index.php/en/agenda/21738-socar-in-28-may-i-dar-si-ni-n-d-ni-z-neftci-l-ri-susuzluqdan-olur-s-b-b) SOCAR-IN "28 MAY" NQÇİ- nin 3 saylı NQÇS-də ( eləcə də platformasında) neçə vaxtdır neftçilərə yuyunmaq üçün su verilməməsi və s. öz əksini tapmışdı. Bu dəqiqələrdə M.Qəhrəmanlı "Təzadlar"a bildirdi ki, artıq problem öz həllini tapıb.. Neftçilərin M.Qəhrəmanlıya minnətdarlıq dolu məktubunda deyilir: "...Bu gün bütün 28 may NQÇİ əl-ayağa düşmüşdü. Bütün işlərimiz təxirə salınaraq dərhal bu məsələni həll etmək üçün bütün idarə əməkdaşları cəlb olunmuşdu. Sosial şöbədən Rövşən müəllim özü şəxsən işin başında duraraq bütün məsələni həll elədilər. 1 ildir membran görməyən "Osmos" qurğusuna 3 membran gətirdilər ( hansıki qiyməti- 1 ədədi 700 manat olan membran),  Gəmi də gəldi, 50 ton su verdilər. Yəni, bu məsələləri istəsələr özləri vaxtında həll eləyə bilərdilər. Amma kimə deyirdik, heç bir reaksiya göstərmirdi, çünkü mühəndislər istədiyi vaxt çimirdi, istədiyi vaxt istədikləri şeyləri eləyirdilər, fəhlələri fikirləşən yox idi..."
 Bəli, sağ olsun Mirvari Qəhrəmanlı və ona məlum problemi yazıb bildirən neftçilər, bir də media ki, məmurların görmək istəmədiyi işləri yoluna qoymaqda önə çıxır, problemlər işıqlandırılır və həllini tapır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN