Hazırda Azərbaycan və Avstriya milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunu davam edir...

Tezadlar.az. Xatlrladır ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Görüşü yunanıstanlı Aristotelis Diamantopulosun rəhbərlik etdiyi yunanıstanlı hakimlər briqadası idarə edirlər. F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.

Hesab hələki açılmayıb. 

Qeyd edək ki, qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.

Komandamıza uğurlar arzu edirik...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN