booked.netbooked.net booked.net  

Sosial media istifadəçisi Sima Babayeva terminalın müdri Hacı Hacıyev barədə maraqlı faktları ictimailəşdirib…

Həmin açıqlamada deyilir: «Tərtər rayonunun Köçərli kəndi ərazisində Bərdə- Ağdam- Tərtər- Ağcabədi «dördyolunun» üstündə yerləşən yanacaqdoldurma məntəqəsinin müdiri Səfərov Əhməd Sabir oğlu bizə ünvanladığı müraciətində «SOKAR-PETROLEUM» QÇS-nin 5 nömrəli Bərdə neft terminalı bazasının müdiri Hacıyev Hacı və iş içraçısı Əvəz Həsənov adlı şəxslərdən şikayət edir. Şikayətdə göstərilir ki, yuxarıda adı keçən bazanın məsul işçiləri müqavilədə imzalanmış şərtlərə və müddəalara əməl etmirlər və üzərlərinə düşən öhdəlikləri icra ermirlər. Terminalın rəhbərliyi Əhməd Səfərova limitində göstərilən qədər və bəzən də tamamilə imtina ilə neft məhsulunu vermirlər. Müqavilədə isə göstərilir ki, «Alıcı qəbul etdiyi məhsulu satıcının neft terminalı bazasından daşınmasını öz nəqliyyat vasitələri və vəsaiti hesabına həyata keçirir». Onlar müqavilədə qeyd edilmiş bu şərti də pozurlar. Şikayətçinin dediyinə görə, təhlükəli yüklərin daşınmasını həyata keçirən, lisenziyası mövcud olan nəqliyyat vasitəsi olsa da, satışı həyata keçirən baza buna icazə vermir. Səfərov Əhməd deyir: "Bunun da məlum səbəbləri var. Bazadan aldığım məhsul mənə aid olan nəqliyyat vasitəsi ilə yox, özlərinə məxsus olan nəqliyyat vasitəsi ilə həyata keçirilir. Əslində, məhsulu aparan maşın blomplanmalı və çatdırıldığı ünvanda blomp açılmalıdır. Təbii ki, onlar mənfəət əldə etmək üçün oz maşınları ilə gətirdikləri məhsulun içinə su qatırlar və bununla da məhsulun keyfiyyətini aşağı salırlar və mənə maddi ziyan vurmaq istəyirlər. Onlar bu cür hərəkətləri ilə mənə qarşı qərəzli və ədalətsiz bir mövqe tuturlar. Bazanın rəhbərlyi tərəfindən mənə qarşı edilən haqsızlığın günahsız qurbanına çevrilirəm. Mən nə qədər səbrli davransam da onlar məni və mənim əməyimi istismar etməyə çalışırlar. Bizdə həmişə doğruya zaval yoxdu- deyiblər. Mən də bunu qəbul etmişəm və çalışmışam ki, hər işimdə doğru-dürüst olum və buna da nail olmuşam. Bilmirəm, bəlkə də, onlar mənə qarşı etdiklərini anlayıb, yəqin ki, nə zamansa ləyaqət hisslərini bərpa edəcəklər. Həyatda ən böyük hakim Allahdı və ən böyük qərarları da Allah verir."

Hacı Hacıyevin də mövqeyini dinləməyə və təqdim etməyə hazırıq. Lakin o boyda bazada belə xırda narazılığı yaratmaq və başqasına problem yaratmaq yolverilməzdir.

İnanaq ki, problem tezliklə həllini tapacaq.

«Təzadlar»

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN